Prezident İlham Əliyev Cozef Baydeni təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.
BiG.AZ xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.
Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.
Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
Hörmətli cənab Prezident,
Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 04 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ
02.11.2026 263 Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma
02.11.2026 242 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
02.11.2026 228 ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca
02.11.2026 255 Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 226 Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind
02.11.2026 182 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
02.11.2026 250 100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
02.11.2026 159 "İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 401