Bu gündən Heydər Əliyev Mərkəzində caz günləri başlayır
İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayır.
"Qafqazinfo" xəbər verir ki, iyulun 7-nədək davam edəcək caz günləri Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.
Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.
Bu gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında iki konsert proqramı təqdim olunacaq. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu ilə çıxacaq. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr tamaşaçılarının qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edəcək.
Sabah isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edəcək. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.
Qeyd edək ki, artıq 5-ci dəfərdir təşkil olunan Beynəlxalq Bakı Yay Caz Günləri qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakıda konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə caz günlərinin əsas məqsədinə - caz musiqisinin daha geniş auditoriyaya təbliğ edilməsinə xidmət edir. Beləliklə, iyulun 5-i və 7-də Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq.
İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
Qısa fasilədən sonra elə bu axşam Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinov və kvartetinin konserti olacaq. 4 il ərzində İsrailin tanınmış "Avişai Kohen trio"sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov bu gün israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirəcək.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur müğənninin "Namus" mahnısına rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbər
08.08.2026 556 Başına iş gəldi, tətilini yarımçıq qoydu
Türkiyəli aktyor Yağız Can Konyalının başına iş gəlib. Axşam.az xəbər verir ki, Cihangirdə görüntülənən aktyor tətil zamanı əlindən ciddi xəsarət aldığını bildirib. Konyalının sözlərinə görə, əlində olan şüşə butulka qəfil partlayıb və nəticədə əli dərindən kəsilib. Hadisədən sonra xəstəxanaya aparıla
09.08.2026 475 Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - Video
Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın ad gününü bağ evində qeyd edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Dadaşova oğlu ilə doğum günü tortu ətrafında əyləncəli anlar yaşayıb
11.08.2026 395 Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar
Xalq artisti Nəzakət Teymurova qızı və tanınmış aparıcı Ceyran Rəhimova ilə birlikdə Yunanıstana gedib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Santorinidə dincəldikləri anlara dair fotolar paylaşan xanəndə "Tarixi yerləri görməyə dəyər"
13.08.2026 379 Aktrisa ayrıldığı ərini təriflədi: "Bu nə yaraşıqlılıqdır"
Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm
09.08.2026 416 Elnur Məmmədovun Muhammədi
Müğənni Elnur Məmmədov oğlu Muhammədlə görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, ifaçı övladı ilə birlikdə çəkdirdiyi videonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Elnur paylaşımına qısa olaraq "Sevgi" sözünü yazıb. Qeyd edək ki, sənətçinin İnam adlı daha bir övladı var
05.08.2026 469 "Toppuş bacı"nın ailəsində daha bir ağır itki (Foto)
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onun qardaşı Elxan Bayramov dünyasın
08.08.2026 359 Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO
Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib
00:10 97 Zaur və Günaydan ŞOK GÖRÜNTÜLƏR - Bu cütlük gündəmə DAMĞA VURDU
Aparıcılar Zaur və Günayın sosial şəbəkədə paylaşdıqları səmimi görüntülər maraq doğurub. Cütlüyün birlikdə keçirdikləri romantik anları əks etdirən video izləyicilərin diqqətini çəkib. Paylaşımlarda Zaur və Günayın bir-birinə olan sevgisi və səmimi münasibəti əks olunub. Sosial şəbəkə istifadəçilər
00:04 177