İlham Əliyev Lukaşenkonu təbrik etdi
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.
Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət və uğurlar, Belarus Respublikasına isə firavanlıq və tərəqqi arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 848 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 226 Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında
"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind
02.11.2026 259 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda
02.11.2026 260 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
02.11.2026 388 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
02.11.2026 242 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
02.11.2026 297 Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm
02.11.2026 286 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib
02.11.2026 237 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
02.11.2026 152