Pol Qobl: "Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq" - MÜSAHİBƏ

Pol Qobl: "Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq" - MÜSAHİBƏİyunun 24-də Rusiyada "Vaqner" Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı ilə geosiyasi mənzərə və proqnozlar alt-üst oldu. Belə ki, mövqelərinə raket atıldığını iddia edən "Vaqner" rəhbəri Yevgeni Priqojin istiqaməti dəyişdi və Rusiyanın içərilərinə doğru irəlilədi, bir neçə yaşayış məntəqəsi nəzarət altına alındı.

Rusiya Prezidenti Vladimir Putin bu addımı dövlətə xəyanət kimi qiymətləndirərək, Y.Priqojini cəzalandıracağını bəyan etdi. Bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenko Y.Priqojinlə danışdı. "Vaqner" in ölkəni tərk etməsi, V.Putinin keçmiş aşbazının Minskə getməsinə dair razılıq əldə olundu. Daha sonra "Vaqner"in ləğv olunacağı elan edildi. Suallar çoxdur. Böyük əksəriyyətinə təqdim edilən cavablar isə sadəcə bunlar "aysberqin görünən tərəfidir" mahiyyətindədir.

Amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl "Vaqner" və onun ətrafında cərəyan edən proseslərlə bağlı "Report"un suallarını cavablandırıb.

- "Vaqner"in silahlı qiyamı barədə nə düşünürsünüz? Sizcə, bu, həqiqətən, bəzilərinin iddia etdiyi kimi şou idi?

- Qiyam "Vaqner"in rəhbəri Yevgeni Priqojinin Rusiya hərbi elitasından, o cümlədən müdafiə naziri, ordu generalı Sergey Şoyqudan canını qurtarmaq cəhdi idi. Amma bu qiyamın birbaşa Prezident Vladimir Putinə qarşı yönəldiyini düşünmürəm.

- Niyə "Vaqner"çilər qiyamı dayandırdı və ölkədən çıxdı? Axı Priqojin demişdi ki, sona kimi gedəcəklər...

- Məncə, onlar məqsədlərinə çatdıqlarını anladılar. Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür.

- Bəs Vladimir Putin niyə Priqojini bağışladı? Halbuki o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi.

- Vladimir Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə başa düşdü ki, "Vaqner"ə qarşı radikal addım ona baha başa gələ bilər.

- Necə fikirləşirsiniz, Belarusdan Ukraynaya ikinci cəbhə açıla bilər?

- Bəli, mümkündür. Amma bu, hazırkı situasiya üçün elə də asan deyil.

- Vladimir Putin əvvəllər bir neçə dəfə demişdi ki, ölkəsinə qarşı təhdid olarsa, nüvə silahı tətbiq edəcək. Niyə indi buna getmədi? Axı Rusiyanın təhlükəsizliyi təhdid altında idi.

- Ciddi təhlükə yox idi. Həm də Putin nüvə şantajından sadəcə digərlərini qorxutmaq üçün istifadə edir.

- Bundan sonra Sergey Şoyqu və Yevgeni Priqojinin taleyi necə olacaq?

- Biri öləcək, digər qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir.

- Qərb bu prosesdə hansı rol oynayır?

- Şübhəsiz, çox az ölkə Kiyevə bu proseslərdən istifadə etmək barədə tövsiyə verməyə bilər. Etiraf edək ki, Ukrayna üçün yaxşı fürsət yaranıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 01 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

02.11.2026 152
.

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4

02.11.2026 194
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

02.11.2026 259
.

Türkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi

Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle

02.11.2026 193
.

JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR

APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik

02.11.2026 401
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

02.11.2026 235
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

02.11.2026 310
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

02.11.2026 268
.

Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir

02.11.2026 307
.