"Qızı məcbur ərə vermək olur, oğulu isə..."

"Qızı məcbur ərə vermək olur, oğulu isə...""Qadın üçün ailəni və işi birgə aparmaq hər zaman çətindir. Qadının üzərinə çox yük düşür. Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademir Rus Dram Teatrının direktor müavini olub, sonra isə sənət ocağının direktoru oldu. Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər Xalq artistləri var (gülür)? Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant dadaşova "Söz-baz" verilişində deyib. Müğənni həyat yoldaşı Ədalət Hacıyevdən bəhs edib:

"Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər və arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən başlamışam danışmağa. O da elə edib ki, guya heç bir şey olmayıb.

Həyat yoldaşını özündən aşağı görməməlisən. Hər zaman həyat yoldaşımı özümdən artıq hesab etmişəm. O da hər zaman belə hesab edib və mənə də hiss etdirib. Bu, hörmətdir və sevgidir. Belə olanda isə sevgi heç zaman bitmir".

Dadaşova oğlu Cahadla bağlı suallara "Cahad hərdən deyir ki, evlənirəm. Bir az keçir, istəyindən vaz keçir. Oğlandır da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur. Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın, nə də qızın bir-birinə adiyyəti var. Təəssüf hissi keçirdirəm. Çünki o ailənin ömrü çox olmur" cavabını verib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 849   Tarix: 28 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik

20.09.2026 496
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 836
.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 560
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu

20.09.2026 278
.

"Taşacak bu deniz"in aktrisası boşandı

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb. Axşam.az xəbər verir ki, "Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar. Təxminən 10 dəqiqə davam edən məhkəm

26.09.2026 229
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25.09.2026 333
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 393
.

Uzun illərdən sonra efirə qayıdır

Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir

23.09.2026 429
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 549
.