"New York Times": ABŞ Priqojinin planlarını əvvəlcədən bilirdi

"New York Times": ABŞ Priqojinin planlarını əvvəlcədən bilirdiABŞ-nin yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin "ədalət yürüşü"ndən iki gün əvvəl - iyunun 21-də onun Rusiya müdafiə rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığına dair sübutlara malik olublar.

Bu barədə "New York Times" öz mənbələrinə istinadla bildirib.

ABŞ-nin Priqojinin planlarından ilk dəfə nə vaxt xəbər tutduğu dəqiq bilinmir. Amma çərşənbə günü kəşfiyyat rəsmiləri prezident administrasiyasının və müdafiə departamentinin nümayəndələri ilə brifinqlər keçiriblər. Cümə axşamı günü, daha çox dəlil əldə olunandan sonra, kəşfiyyat rəsmiləri Konqres liderlərindən ibarət kiçik bir qrupa məlumat veriblər.

Mənbədən bildirilib ki, kəşfiyyat xidmətləri Priqojinin hərbi əməliyyatlarının nəticəsinin necə olacağı barədə proqnoz verə bilməyiblər, lakin bunun Rusiyanın nüvə silahı arsenalına nəzarətə necə təsir edə biləcəyindən narahat olublar.
Qəzet xatırladır ki, ABŞ Prezidenti Co Bayden ötən ilin oktyabrında Vladimir Putinin özünü küncə sıxışdırılmış hiss edəcəyi təqdirdə yarada biləcəyi təhlükədən danışmışdı.

Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini "Vaqner" düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub

Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar

03.06.2026 193
.

İkinci qızı dünyaya gəldi

Tanınmış teleaparıcı Yelena Sidorenkonun qızı dünyaya gəlib. Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı paylaşım edib. O, xəstəxanadan görüntüsünü yayımlayaraq "Qızımız, bu dünyaya xoş gəldin. İnşallah, şanslı olacaqsan" sözlərini yazıb. Qeyd edək ki, aparıcının bir qız övladı da var

03.06.2026 320
.

Konsertdən qızıl üzük tapdı

Müğənni Aysel Əlizadə həmkarı Elçin Cəfərovun konsertində qızıl tapdığını deyib. Axşam.az xəbər verir ki, qızıl üzüyü paylaşıan sənətçi sahibini axtardığını bildirib. "Elçin Cəfərovun konsertində birinci sırada üzük tapdım. Kiminsə nişan üzüyünə oxşayır. İstəyirəm baxılsın, kim itiribsə içindək

03.06.2026 277
.

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi

03.06.2026 163
.

Tramp 60 ölkəyə qarşı yeni tariflər hazırlayır

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi, Kanada, Böyük Britaniya, Meksika və Tayvan da daxil olmaqla, 60 ölkəyə qarşı yeni tariflər hazırlayır. xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. "Vaşinqton bildirir ki, bu ölkələr məcburi əməkdən istifadə etməklə istehsal olunan malları

03.06.2026 140
.

Rusiya Ukraynanın əsas şəhərlərini aylar ərzində ən qanlı hücumlardan birinə məruz qoyub

Çərşənbə axşamı səhər saatlarında Moskva Ukraynaya ölümcül hücum edərək paytaxt Kiyev və mərkəzi Dnepr şəhərlərini vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu hücum aylardır ən ölümcül hücumlardan biri olub. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, gecə baş verən hücumda ən azı 23 nəfə

03.06.2026 193
.

Yasamalda "Changan" yandı - Video

Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən "Changan"

03.06.2026 218
.

Fatih Terim Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd irəli sürüldü

Tanınmış idman şərhçisi Kaya Çilingiroğlu Türkiyə Futbol Federasiyasının (TFF) düşüncə tərzində köklü bir dəyişikliyə ehtiyacı olduğunu bildirib və təcrübəli məşqçi Fatih Terimin adını potensial namizəd kimi irəli sürüb. O, həmçinin "Fənərbaxça"nın prezidentlik yarışını tənqid edərək klubu

03.06.2026 183
.

Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - "Xəstəxanaya çatdırıldı"

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. "Qafqazinfo"nun məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb. Hakim Leyla Əsgərova Məmmədov

03.06.2026 210
.

TOP MP3