Tədavülə buraxılmış yubiley və xatirə pul nişanları Tarix Muzeyində sərgilənəcək

Tədavülə buraxılmış yubiley və xatirə pul nişanları Tarix Muzeyində sərgilənəcəkAzərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılmış kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənmə məqsədilə muzeyə təqdim edilib.

AMB-dən verilən məlumata görə, muzeyə təqdim edilən kolleksiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş, Azərbaycan qızılı əsasında hazırlanan investisiya məqsədli pul nişanları da muzeydə sərgilənəcək.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılan 500 manat nominallı əsginas və "Zəfər" xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.
Təqdim edilən pul nişanları arasında Azərbaycanın görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilən qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub

Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar

03.06.2026 193
.

İkinci qızı dünyaya gəldi

Tanınmış teleaparıcı Yelena Sidorenkonun qızı dünyaya gəlib. Axşam.az xəbər verir ki, aparıcı bununla bağlı paylaşım edib. O, xəstəxanadan görüntüsünü yayımlayaraq "Qızımız, bu dünyaya xoş gəldin. İnşallah, şanslı olacaqsan" sözlərini yazıb. Qeyd edək ki, aparıcının bir qız övladı da var

03.06.2026 320
.

Konsertdən qızıl üzük tapdı

Müğənni Aysel Əlizadə həmkarı Elçin Cəfərovun konsertində qızıl tapdığını deyib. Axşam.az xəbər verir ki, qızıl üzüyü paylaşıan sənətçi sahibini axtardığını bildirib. "Elçin Cəfərovun konsertində birinci sırada üzük tapdım. Kiminsə nişan üzüyünə oxşayır. İstəyirəm baxılsın, kim itiribsə içindək

03.06.2026 277
.

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsi

03.06.2026 163
.

Tramp 60 ölkəyə qarşı yeni tariflər hazırlayır

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi, Kanada, Böyük Britaniya, Meksika və Tayvan da daxil olmaqla, 60 ölkəyə qarşı yeni tariflər hazırlayır. xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. "Vaşinqton bildirir ki, bu ölkələr məcburi əməkdən istifadə etməklə istehsal olunan malları

03.06.2026 140
.

Rusiya Ukraynanın əsas şəhərlərini aylar ərzində ən qanlı hücumlardan birinə məruz qoyub

Çərşənbə axşamı səhər saatlarında Moskva Ukraynaya ölümcül hücum edərək paytaxt Kiyev və mərkəzi Dnepr şəhərlərini vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu hücum aylardır ən ölümcül hücumlardan biri olub. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, gecə baş verən hücumda ən azı 23 nəfə

03.06.2026 193
.

Yasamalda "Changan" yandı - Video

Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən "Changan"

03.06.2026 218
.

Fatih Terim Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd irəli sürüldü

Tanınmış idman şərhçisi Kaya Çilingiroğlu Türkiyə Futbol Federasiyasının (TFF) düşüncə tərzində köklü bir dəyişikliyə ehtiyacı olduğunu bildirib və təcrübəli məşqçi Fatih Terimin adını potensial namizəd kimi irəli sürüb. O, həmçinin "Fənərbaxça"nın prezidentlik yarışını tənqid edərək klubu

03.06.2026 183
.

Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - "Xəstəxanaya çatdırıldı"

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb. "Qafqazinfo"nun məlumatına görə, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb. Hakim Leyla Əsgərova Məmmədov

03.06.2026 210
.

TOP MP3