QMİ sədri: "Qurban kəsimi 3 gün ərzində icra oluna bilər"
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu.Az xəbərinə görə, təbrikdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim!
İslam aləminin ən əziz və müqəddəs günü, uca yaradana ibadətin və ilahi lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.
Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramı xalqımızın ən möhtəşəm bayram sevinci – Vətən müharibəsindəki Qələbənin qüruru ilə davam edir. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün uca yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik!
Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin siyasi məktəbinin müdavimi olan Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.
Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 28 iyun tarixinə təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü - 28-29 iyun tarixlərini qeyri-iş günü elan edib və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfa və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.
Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı uca yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 585 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
02.11.2026 431 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
02.11.2026 383 Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir
02.11.2026 447 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
02.11.2026 260 100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
02.11.2026 368 Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas
02.11.2026 355 Avropa çempionu toyundan sonra öldü
Atletika üzrə Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib. Ailəsi onun ölümünü rəsmi "Instagram" səhifəsində elan edib. -ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqda
02.11.2026 396 Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib
Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"
02.11.2026 320 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
02.11.2026 264