KTM: "Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər isti havalarda diqqətli olmalıdırlar"
"Ardıcıl olaraq günlərlə davam edən isti havalar meteohəssas insanlar üçün təhlükəlidir".
Bunu Kliniki Tibbi Mərkəzin həkim-kardioloqu Sevil Hüseynova deyib.
Həkim bildirib ki, xüsusilə, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir:
"İsti havada damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlməsi riski artır. Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə, tərləməni və su itkisini artırır. Bu su ilə birgə lazımi mikroelementlər, minerallar, kalium, natrium, maqnezium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə qan dövranının miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Bütün bunlar ürək çatışmazlığı, insult, infarkt riskini xeyli artırır".
Həkimin sözlərinə görə, bu cür narahatlıqların ortaya çıxmaması üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
"Bunların qarşısını almaq üçün günün ən qızmar vaxtlarında açıq havaya çıxmamaq (xüsusilə, saat 12-18 arası), gün ərzində çoxlu su içmək (qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil), yağlı, duzlu və ətli yeməklərdən uzaq durmaq, spirtli içkilər qəbul etməmək, sıx alt geyimlər, sintetik parçalar istifadə etməmək məsləhətdir, başda Günəş üçün papaq və ya çətirlə gəzmək lazımdır".
Sevil Hüseynova həmçinin bildirib ki, bu cür havalarda qidalanmaya da diqqət yetirmək lazımdır:
"Yeməklərdən meyvə-tərəvəzə, süd məhsullarına, quş ətinə üstünlük verilməlidir. Ürək-damar sisteminə müsbət təsir edən ərzaqlardan pomidor, cəfəri, moruq, qara və qırmızı üzüm, ağartı məhsulları, kətan toxumunu qeyd etmək olar. Ürək-damar, şəkər xəstəliyindən əziyyət çəkənlər dərmanlarını vaxtlı-vaxtında qəbul etməli, uzaq yola çıxdıqda isə mütləq özləri ilə götürməlidirlər. Bu sadə məqamlara əməl edərək sağlamlığınızın qayğısına qalın və qoruyun".(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 536 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
10:42 0 JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR
APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik
02.11.2026 517 Rejissor özünü güllələdi
Amerikalı tanınmış kinorejissor, ssenarist və prodüser Maykl Mann təsadüfən özünü güllələyib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. 83 yaşlı rejissor məşq zamanı silahını qobura yerləşdirərkən təsadüfən atəş açılıb. Nəticədə Man
02.11.2026 324 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
02.11.2026 421 "İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 528 Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir
02.11.2026 447 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
02.11.2026 264 Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə
Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər
02.11.2026 366 Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas
02.11.2026 355