"Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi"

"Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi""Qayınana bir ana deməkdir. Əgər ananı sevirsənsə, qayınananı da sevməlisən. Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu beş il ərzində zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü".

BiG.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

Beş il gəlini ilə birlikdə yaşadığını söyləyən sənətçi bildirib ki, bu illər ərzində həyat yoldaşı utandığından evdə köynək və idman şalvarında gəzməyib:

"Biz bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar daha yaxşıdır. Həyat yoldaşım çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, o gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi".

Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın:

"Babək hələ evlənməmişdi, həyat yoldaşıma jurnalist verilişlərin birində sual verdi ki, "Necə bir gəlin istəyirsiniz?" Cavab verdi ki, "Sadə, səmimi, olana şükür edən bir gəlin,I oğlum Babək üçün istəyirik". Jurnalist isə "Çox çətin olacaq" dedi. Həyat yoldaşım isə bu sözlərə qarşılıq olaraq söylədi ki, "Əvvəllər analar qızların cibinə daş qoyurdular ki, daş dillənsə sən də dillən. Amma indi isə diktofon qoyurlar ki, qayınana və qayınatanın səsini yazasan". Amma şükür Allaha ki, bizim ailədə elə bir problem olmayıb".

Z.İbadovanın sözlərinə görə, oğlu Babək yaxın qohumları ilə evlənsə də, əvvəllər ailələri arasında gediş-gəliş olmayıb:

"Gəlinimin atası dayım oğlu olsa da, gediş-gəlişimiz olmayıb. Babək həyat yoldaşını toyda görüb bəyənmişdi. Sonra biz məsləhət elədik ki, evlənsinlər. Oğlum Babək mənə oğul kimi deyil, kürəkənim kimidir. Gəlinim isə qızımdır. Gəlinim Babəkdən daha çox mənə yaxındır. Elə bilirəm ki, gəlinim doğma övladımdır. Babək isə mənə qarşı daha sərtdir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1694   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.