Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir

Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edirPakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır.
Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. "Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram".
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maaş və pensiyalarla bağlı MÜJDƏ - Çoxdan gözlənilirdi, TARİX BİLİNDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bunu AMB-nin sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maa

00:07 278
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

11:57 143
.

Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib

Sərhədi kütləvi şəkildə keçdikdən sonra son 30 saat ərzində 69,5 minə yaxın miqrant İspaniyanın Seuta şəhərini tərk edərək Mərakeşə qayıdıb. "Report"un EFE agentliyinə istinadən verdiyi məlumata görə, eyni zamanda Taraxal sərhəd bəndində qoruyucu maneələrin quraşdırılmasına başlanılıb. Hüquq-mühafiz

01.08.2026 224
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisəd

12:00 137
.

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Arif Hacıye

11:30 125
.

KİV: ABŞ İranın yeni nüvə obyektini bombalamağı planlaşdırır

ABŞ bu həftəsonu İranın Natanzdakı Kolanq-Qaz-La dağının (ABŞ və İsrail bu obyekti "Pikaks" kod adı ilə adlandırır) altında gizlədildiyi iddia edilən yeni nüvə obyektinə zərbələr endirə bilər. xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki

10:00 142
.

Kredit borcunu qaytara bilməyənlərə ŞAD XƏBƏR

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq". "Yeni Sabah" xəbə

00:28 278
.

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib. xəbər verir, ki Tramp bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib. ABŞ lideri Qrenlandiyanın ABŞ üçün hələ də "xüsusi əhəmiyyət"

13:50 116
.

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər

13:40 113
.

TOP MP3