Çovdarov əsgər rütbəsinə endirilib: General pensiyası ala bilmədi

Çovdarov əsgər rütbəsinə endirilib: General pensiyası ala bilmədiLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov hərbi qulluqçu pensiyası almaq üçün iddia qaldırıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb.

Akif Çovdarov 47 il iş stajının olduğunu, o cümlədən 11 il MTN-də idarə rəisi işlədiyini bildirib. O həmçinin, 2012-ci ildən həbs olunduğu günə qədər general-mayor rütbəsi ilə xidmət etdiyini məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə iddianı təmin etməyib. Məlum olub ki, məhkəmənin təqdimatına əsasən, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən, Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.

Məhkəmə qərarında göstərilib ki, iddiaçı Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yoxdur.
Akif Çovdarov qərardadla razılaşmayaraq apellyasiya şikayəti verib. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bir müddət əvvəl isə Ali Məhkəmə sözügedən qərarı ləğv edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 16 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 242
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

15:02 230
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 509
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

15:03 216
.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

02.11.2026 419
.

Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var

Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları

02.11.2026 394
.

Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı

17:38 136
.

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ

19:45 1
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

02.11.2026 490
.