Baş Prokuror: "Ermənistanın təxribatları bölgədə sülhün bərqərar olmasına maneədir" - YENİLƏNİB + FOTO

Baş Prokuror: "Ermənistanın təxribatları bölgədə sülhün bərqərar olmasına maneədir" - YENİLƏNİB + FOTO"Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.

Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.

Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən "Laçın" Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nin hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.

19:34

Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə çıxış edən İqor Krasnov deyib ki, tədbir 2021-ci ildən bəri analoji formatda keçirilən beşinci görüş olub. Əvvəlki üçtərəfli görüş 2022-ci ilin dekabrında Moskvada keçirilib və bu görüş zamanı Azərbaycan, Rusiya, Ermənistan prokurorluqlarının rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Peşəkar dialoqun davam etdirilməsi üçün qarşılıqlı hazırlığı yüksək qiymətləndirən İqor Krasnov gələcək əməkdaşlığın qurulmasına konstruktiv yanaşmaya görə hər iki tərəfə təşəkkür edib.

"Bildiyiniz kimi, bir aydan az əvvəl dövlətlərimizin başçılarının növbəti görüşü oldu. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderləri sərhəd bölgəsinin həyat təminatının normallaşdırılması ilə bağlı bir sıra aktual məsələlər üzrə qarşılıqlı məqbul həllərin işlənib hazırlanması barədə razılığa gəliblər.

Bu baxımdan, bizim daimi təmaslarımızı davam etdirməyimizi, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursunu izləməyimizi son dərəcə vacib hesab edirəm.

Şəxsən mən və bütün tabeliyində olanlar, o cümlədən sərhəd bölgəsində dislokasiya olunmuş hərbi prokurorlar Azərbaycan və Ermənistan tərəfləri arasında konstruktiv qarşılıqlı fəaliyyəti təmin etmək üçün bundan sonra da lazımi köməklik göstərəcəyik. Eyni zamanda, gərginliyin artmasının qarşısının alınmasını əsas vəzifə kimi görürəm. Əminəm ki, birgə səylərlə biz regionun ahəngdar inkişafı və orada yaşayan hər kəs üçün layiqli həyat üçün təhlükəsiz şərait yarada biləcəyik".
Baş Prokuror: "Ermənistanın təxribatları bölgədə sülhün bərqərar olmasına maneədir" - YENİLƏNİB + FOTO19:27

Rusiyanın baş prokuroru İqor Krasnov azərbaycanlı həmkarı Kamran Əliyevə Bakıdakı rus qəbiristanlığında törədilən vandalizm aktlarını araşdırdığına görə təşəkkür edib.

Bu barədə jurnalistlərə Rusiya Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cümə axşamı Sankt-Peterburqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə işgüzar görüşdə Krasnov 2023-cü ilin aprelində Bakıdakı rus qəbiristanlığında törədilmiş vandalizm aktlarının araşdırılması istiqamətində Azərbaycan prokurorluğunun apardığı işlərə görə minnətdarlığını bildirib. "Nəticədə hadisəni törədən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Azərbaycan hakimiyyətinin dağıdılmış məzarları operativ şəkildə bərpa etməsi humanizm, etnik və sosial bərabərlik prinsiplərinə qeyd-şərtsiz sədaqətdən xəbər verir və təbii ki, biz bunu ölkəmizə hörmətin təzahürü hesab edirik", - Krasnov bildirib.

Krasnov qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artması və birgə biznes layihələri nəzərə alınmaqla, biznesin inzibati təzyiqlərdən qorunması, investorların və sahibkarların hüquqlarına riayət olunmasının təmin edilməsi məsələləri daha da aktuallaşır.

O xatırladıb ki, mayın sonunda Rusiya və Azərbaycan Prezidentləri Moskvada geniş spektrli məsələlər üzrə Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının gələcək inkişafı barədə razılığa gəliblər.

"Əminəm ki, bu, bizim prokurorluqlararası əlaqələrimizə də şamil olunur", - Krasnov vurğulayıb.

Sankt-Peterburq görüşündən sonra Rusiya və Azərbaycanın baş prokurorları arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb. Sənəd əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının işində rəqəmsal texnologiyalardan istifadə, o cümlədən nəzarət fəaliyyəti sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

17:55

Sankt-Peterburqun Tavriya sarayında keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə rusiyalı həmkarı İqor Krasnovun ikitərəfli görüşü başlayıb.

Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

Qeyd edək ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir. Görüş zamanı iki ölkənin prokurorluqları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən cinayətkarların ekstradisiyası və maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Bu gün həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

12:55 242
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

15:02 230
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 509
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

15:03 216
.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

02.11.2026 419
.

Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var

Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları

02.11.2026 394
.

Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı

17:38 136
.

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ

19:45 1
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

02.11.2026 490
.