Qadın sərxoş olub kirayə qaldığı evdə kişi ilə yatağa girdi, əri isə... - BAKIDA ŞOK

Qadın sərxoş olub kirayə qaldığı evdə kişi ilə yatağa girdi, əri isə... - BAKIDA ŞOKBakının Binəqədi rayonunda 1979-cu il təvəllüdlü Pərviz kirayə yaşadığı evin sahibi Səlimə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış masivində kirayə yaşadığı evdə baş verib.

Pərviz orada qeyri rəsmi ər-arvad kimi yaşadığı Səidəni Səlimin evində sərxoş və çılpaq vəziyyətdə yatan görüb. Onların arasında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla Səlimin qarın nahiyəsindən bir zərbə endirib.

Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

"Narahat etmək istəmədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səidə ilə qeyri rəsmi olaraq 6-7 ildir ər-arvad münasibətində yaşayırlar:

"Səidə ilə birlikdə hadisədən təxminən 8 ay əvvəl Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində kirayədə qalırdıq. Hadisə günü saat 16 radələrində evə qayıtdım və gördüm ki, darvaza içəridən bağlıdır. Həyətə daxil ola bilmədiyimə görə qapını döyməyə başladım. Amma qapını açan olmadı.

Fikirləşdim ki, Səidə gecə növbədə işlədiyinə görə yorulub və yatır. Buna görə onu narahat etmək, telefonla zəng vurmaq istəmədim. Qapını isə döyməyə davam etdim".

"Çəkələklərdən şübhələndim"

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 20 dəqiqədən sonra qapını evin sahibi Səlim yarıyuxulu vəziyyətdə açıb: "Həyətə daxil olanda Səlimə qapını bağladığına görə narazılığımı bildirdim. O da dedi ki, açarın birini çıxararaq mənə verəcək.

Yaşadığım evə girəndə Səidənin orada olmadığını gördüm. Səlimdən soruşdum, dedi ki, rəfiqəsi ilə birlikdə harasa gedib. Səidənin ayaqqabıları evdə idi. Buna görə Səlimin dediklərinə şübhə ilə yanaşdım.

Səlim evinin ətrafında gəzişirdi. Onun əlində mənə məxsus çəkələkləri gördüm. Həmin çəkələyləri kənara qoydu ki, görməyim. Ehtimal etdim ki, Səidə çəkələklərimi geyinib və Səlimin evinə gedib. Səlim evinə daxil olanda, mən də onun arxası ilə getdim".

"Başa düşdüm ki, cinsi əlaqədə olub"

Təqsirləndirilən şəxs deyib ki, Səlimin ona yalan danışmasını hiss edib və evin otaqlarını axtarmağa başlayıb: "Yataq otağına daxil olanda gördüm ki, Səidə çılpaq vəziyyətdə yatır. Bunu görən kimi başa düşdüm ki, Səidə Səlimlə cinsi əlaqədə olub. Çünki evdə tək idilər.

Mən Səidəni oyadanda Səlim dedi ki, oyatma, yorğundu, yatıb. Mən də bildirdim ki, yorğundusa, öz evlərində yatsın, niyə burda yatır...

Əsəbi halda mətbəxdən bıçağı götürdüm və Səlimin qarın nahiyəsinə dirədim. Səlimin qarnı çox yekə olduğundan, bıçaq istəyimdən asılı olmayaraq onun qarınını cızdı. Bundan sonra evdən uzaqlaşdım. Polisə təslim olmaq istəsəm də, fikrimdən daşındım.

Sonradan polis əməkdaşları məni bölməyə apardılar. Mənim Səlimə ağır xəsarət yetirmək niyyətim olmayıb. Onu qorxutmaq istəmişəm".

"Arvadımı soruşdu"

Cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş qismində ifadə verən Səlimin sözlərinə görə, evinin həyətində iki otaqlı ev tikib, kirayə verib: "Pərviz və Səidə hadisədən 8 ay əvvəl həyətimdə olan evdə kirayə yaşayıblar. Hadisə günü saat 16 radələrində evdə tək olan zaman Səidə gəldi və məndən arvadımı soruşdu. Arvadımın evdə olmadığını dedim.

Səidə evə daxil olaraq, qonaq otağına keçdi. Güman etdim ki, arvadımı gözləyir. Özüm isə digər otağa keçdim və şəxsi işlərimlə məşğul oldum.

Təxminən 5-10 dəqiqə sonra Pərviz qapının zəngini basdı. Mən qapını açdıqda Pərviz Səidənin harada olduğunu soruşdu. Dedim ki, Səidə evin qonaq otağında oturub. Pərviz evə daxil oldu və cibində olan bıçaqla qarın nahiyəmin aşağı sağ hissəsindən bir dəfə vurdu.

Pərviz məni vurduqdan sonra getdi. Mən isə təcili tibbi yardıma müraciət etdim.

Pərviz Səbinənin evin qonaq otağında əyləşdiyini gördü və əsəbi halda məni bıçaqla vurdu".

"Onu görə bilmədim"

Məhkəmə araşdırması zamanı məlum olur ki, zərərçəkmiş Pərviz vəfat edib. Buna görə də onun həyat yoldaşı Səmayə ibtidai istintaq zamanı şahid qismində dindirilsə də, məhkəmədə o, hüquqi varisi qismində ifadə verib.

Səmayənin ifadəsinə görə, Pərvizlə 2005-ci ildə evlənib və onların 14 yaşlı bir oğulları var:

"Pərviz özü şirkətdə işləyirdi. Yaşadığımız ev həyət evidir. Əlavə qazanc əldə etmək məqsədi ilə evimizi Pərviz və Səidəyə kirayə vermişik. Hadisə günü oğlumla birlikdə qardaşımgilə qonaq getdik. Bir qədər sonra Səlim zəng edərək həyətimizdə kirayədə qalan Pərvizin onu bıçaqla vurduğunu dedi. Mən xəstəxanaya getsəm də, Səlimin vəziyyəti ağır olduğu üçün onu görə bilmədim".

Səmayə qeyd edib ki, sonradan Səlim ev şəraitinə buraxılıb və evdə müalicə almağa başlayıb:

"Səlim evdə rəhmətə getdi. Mən hadisənin hansı səbəbdən törənməsini dəqiq bilməmişım. Sonradan guya ərimlə Səidənin münasibətlərinin olduğunu öyrənmişəm".

"Beynim dumanlandı"

İş üzrə şahid qismində ifadə verən Səidənin sözlərinə görə, Pərvizlə təxminən 7-8 ildir qeyri-rəsmi ər-ravad münasibətində yayayıb: "Aramızda nikah olmayıb, övladımız da yoxdur. Mən özüm Sulutəpə yaşayış massivində yerləşən çörək sexində işləyirəm. Pərviz də "Meyvəli bazar"da fəhlə işləyib.

Təxminən hadisədən 8 ay əvvəl Pərvizlə birlikdə Sulutəpə yaşayış massivində kirayədə yaşamağa başladıq. Hadisə günü kirayə qaldığım evdə olarkən istədim ki, özümlə alıb gətirdiyim kababa Səlimi qonaq edim. Buna görə də onun payını ayırdım və yanına getdim.

Səlimin evinə daxil olanda onun yemək yeyib, araq içdini gördüm. Məni masaya dəvət etdi, araq süzdü, mən də icdim. Birlikdə bir qədər araq içəndən sonra sərxoş oldum.

Səlim mənə təklif etdi ki, birlikdə yataq otağına keçək. Sərxoş olduğumdan beynim dumanlandı. Həmin vaxtı başım fırlandı və sonra nə baş verdiyini xatırlamıram".

"Məni lüt soyundurduğunu heç kim bilməsin"

Səidə qeyd edib ki, saat 16 radələrində qışqırıq səsindən ayılıb: "Kimsə qışqıraraq məni silkələdi. Yuxudan oyananda gördüm ki, çılpaq vəziyyətdə Səlimin yataq otağında uzanmışam. Pərviz isə başımın üstündə əsəbi halda duraraq qışqırır. Hərəkətimə görə utandım. Tez geyindim və öz evimə getdim. Pərviz isə Səlimin evində qalaraq mübahisəyə davam etdi. Səlimə "utanmırsan, ağsaqqal kişisən, yaşından utan" sözlərini dedi.

Təxminən 5-10 dəqiqə sonra Pərviz öz evimizə gəldi. Mənə utandırıcı sözləri dedi və getdi.

Təxminən 5 dəqiqə sonra Səlim mənim otağıma daxil olaraq əli ilə qarın nahiyəsini tutdu. Onun qarnından qan gəlirdi. "Pərviz məni bıçaqla vurdu, təcili tibbi yardım həkimləri indi gələçək, burda qal, mənə kömək elə" dedi. Bunu deyəndə etiraz etmədim. Onunla evdə qaldım.

Həkimlər gələndə Səlim bildirdi ki, yıxılıb və qarnına dəmir batıb. Mən elə başa düşdüm ki, Səlim həkimlərdən bu hadisəni gizlətmək istədi. Buna səbəb o idi ki, Səlimin məni lüt soyundurduğunu heç kim bilməsin.

Sonra mənə məlum oldu ki, Pərviz polis əməkdaşları tərəfindən tutulub".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərviz 5 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1251   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.