Zorlandı, prezidentin sevgilisi oldu, "dəlixanada" yatdı - Merilin Monronun HƏYATI

Zorlandı, prezidentin sevgilisi oldu, "dəlixanada" yatdı - Merilin Monronun HƏYATIBiG.AZ bildirir ki, Lent.az "Bir ulduz axdı" rubrikasında dünya şöhrətli kinoaktrisa, model, müğənni Merilin Monro haqqında maraqlı faktları təqdim edir.

Ötən əsrin 50-60-cı illərinə damğasını vurmuş bu gözəl aktrisa kənardan çox şən, xoşbəxt, qayğısız görünsə də, əslində ömrü heç də rahat olmayıb.

Əsl adı Norma Cin Beyker idi. Şizofreniya xəstəsi olan ana tərəfindən dünyaya gətirilmiş, 7 yaşına qədər demək olar ki, onun-bunun qapısında böyümüşdü. 7 yaşı olarkən qızı internat məktəbə götürürlər. Burda bir ailə onu sahiblənib övladlığa götürsə də, sonra yenidən geri qaytarır. Aktrisa 11 yaşında xalası uşaqları tərəfindən zorlanır. Filmlərə çəkilməzdən öncə barlarda striptiz göstərərək pul qazanmağa başlayıb. Hərçənd elə məşhur olarkən də yüksək qonorar almırdı. Məşhurluğu 1953-cü ildə "Niagara" filmi ilə başladı.

Monro 1962-ci ildə evində ölü tapılıb. Ölərkən 32 yaşı vardı. Merilin adı öləndən sonra daha populyarlaşdı və tanımadığı minlərlə insanlara milyonlar qazandırdı.

Onun ölümü üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. İntihar etdiyini iddia edənlər ailəsinin intihar meyilli olmasını əsas gətirirdi. Merilin özü də bir neçə dəfə intihara cəhd etmişdi deyə, psixi xəstəxanda aylarla müalicə almışdı.

Monronun dayısı həmin xəstəxanaya yatırılmış və xəstəxanadan çıxdıqdan sonra özünü asmış, anası şizofreniyadan, nənəsi və babası manik depressiya xəstəliyindən əziyyət çəkmişdilər. Merilinin məzarı yaxınlarındakı qəbir yerləri bir neçə dəfə hərraca çıxarılıb.

Milyonçu Haq Hefner məzarının Merilin Monronun qəbirinin yanında olmasını istəyib. O, 1992-ci ildə Monronun qəbirinə yaxın bir məzarı 50.000 avroya satın alıb.

Monro 4 dəfə ad dəyişdirib.

Çılpaq gəzməyi sevən Monro işçilərin qarşısına da tez-tez çılpaq çıxarmış. Aktrisa üç dəfə rəsmi ailəli olub. Son dəfə 1954-cü ildə Co Di Maggo ilə evlənib. 9 ay sonra boşanıb. Əri o, öldükdən sonra düz 20 il, özü ölənə qədər hər həftə məzarına gül dəstəsi qoyarmış.

Öləndən sonra daha çox məşhurlaşdı.

Həkimlərin dediklərinə görə, Merlin Monro 40 ədəddən çox "nembutal" adlı dərmanı qəbul edib. Lakin ekspertiza zamanı mədəsindən heç bir dərman tapılmamışdı. Los-Ancelesin baş həkimi açıqlamasında onun narkotik aludəçisi olduğunu, bu səbəbdən də içdiyi dərmanların tez həzm olunduğunu söyləmişdi.

Bəzi iddialar görə isə, Monronu FTB, Amerika kəşfiyyatı və evində işləyən xidmətçi öldürüb. Səbəb isə adının o vaxtkı prezident Con Kennedi ilə sevgi münasibətlərində hallanması idi. Sirli ölümündən bir neçə ay əvvəl o, ABŞ prezidentinin 45 yaşı ilə bağlı ziyafətə həddən artıq seksual, insanı başdan çıxaran libasda gələrək, qəribə şəkildə "Happy Birthday, mister President" mahnısını oxuyub.

Onlar 1960-cı ildə, Kennedi hələ prezidentliyə namizəd olanda Taxo gölü yaxınlığındakı istirahət mərkəzində tanış olublar. Münasibətlər isə 1961-ci ilin oktyabrından, Kennedi prezident olandan sonra başlanıb.

Deyilənə görə, Merilin Monronuun ölüm əmrini Kennedinin xanımı verib. Ulduzun zəhərli iynə nəticəsində ölməsi ehtimalı var. Boğularaq öldürüldüyünü deyənlər də az deyil. Ekranlardan ulduz kimi parlayan sarışın gözəlin ölümü üzərindəki sirr pərdəsi hələ də qalxmayıb.

Merilin gözəllik etalonu sayılırdı. Hər kəs onun nazlı-qəmzəli yerişindən xoşlanırdı. O isə, bunu qəsdən etmədiyini deyirdi. Merilin şən, qayğısız və ağılsız sarışın gözəl obrazı yaratmışdı. Əslində qəhvəyi saçlarını platin rənginə salmaq üçün hər həftə əziyyət çəkirdi. Buna görə saçları vaxtından qabaq tökülmüşdü. Qulaqları böyük olduğu üçün onları daim saçının altında gizlədirdi. Bir ayağında altı barmağı var idi. Gözəlliyini sübut etmək üçün bir dəfə ekrana kartof kisəsindən tikilmiş qısa donla çıxıb. Merilin bu donda da gözəl idi.

Monronun 32 illik həyatına dair 60-dan çox kitab, minlərlə maqazin xəbəri və məqalə yazılıb. Haqqında bir neçə dəfə bədii film çəkilib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1569   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.