Ağdaşda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Ağdaşda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıbAğdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Ağdaş şəhər sakini Rəmzi Soltanovun yaşadığı ünvanda çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri aprel ayının əvvəlində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə rayonun Abad və Qarasuqumlaq kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 500 kiloqramdan çox olan 6186 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikas

03.11.2026 276
.

NOYABRDA "YAY HAVASI"NIN SƏBƏBLƏRİ

Son günlər havaların isti keçməsi insanları təəccübləndirir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 4-də 23-24 dərəcə isti gözlənilir. Noyabrda havaların belə isti olması normaldır və bunun səbəbləri nədir? . "Noyabr ayında Azərbaycan üçün normal hava temperaturu 17-1

03.11.2026 340
.

Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil

03.11.2026 354
.

Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi

Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala

03.11.2026 258
.

Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə

03.11.2026 240
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

03.11.2026 320
.

Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük

Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn

03.11.2026 297
.

Bakıda ŞOK: qadın tiktokun canlısında öldü

Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib. -ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində baş verib. 53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb. Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfa

03.11.2026 343
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

03.11.2026 269
.