"İndiki toylarda oxumağa nə var, elələri var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır..."

"İndiki toylarda oxumağa nə var, elələri var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır...""Bacım Rübabə Muradovanın hər yubileyində səhnədə oxuyuram. 80 illiyini Beynəlxalq Muğam Mərkəzində qeyd etdilər. 90 illik yubileyini də dövlətimiz Filarmoniyada etdi. Mən də səhnədə onun ən gözəl mahnılarından birini ifa etdim. İstər-istəməz həyəcan keçirirdim, o qədər həyəcanlı idim ki. Daxilən həyəcanlanırdım. Rübabənin bütün mahnılarını mən oxuyuram. İnşallah, 100 illik yubileyini də qeyd edəcəyik. Ən böyük arzumuz onun yubileyini doğma diyarı Ərdəbildə qeyd etməkdir. İnşallah ki, bu arzumuz da reallaşar".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Rübabə Muradovanın müğənni bacısı Tahirə Muradova deyib.

"Bizim evə kimlər gəlməyib?! Şövkət Ələkbərova, Sara Qədimova, Nəcibə Məlikova, Hökümə Qurbanova kimi böyük sənətkarlar gəlib-gediblər. Rübabənin süfrəsi həmişə açıq olub. Mən onları görmüşəm, yad etmişəm. Rübabə hamını sevib, hamını saxlayıb. Məni çox istəyirdi. Danışırdıq, gülürdük. Onun ruhuna qurban olum. O hamıya qarşı yaxşı olub. Rübabə də dünyadan köçdü, qızları da. Allahın hər kəsə bir ömür payı var" deyə sənətçi bildirib.

Müğənni bildirib ki, onun səsini bacısının səsinə bənzədənlər də var.
Ətraflı

"Rübabənin səsindən bir dənə idi. Bəlkə də araşdırsalar dünya səviyyəsində oxuyan biridir. Bu cür oxuyan bir də dünyaya gəlməz. Onda vergili səs idi. Mənim də səsim onun səsinə bənzəyir. Hətta mənə deyirlər ki, Rübabə kimi oxuyursan. Mən də deyirəm ki, elə deməyin, Rübabənin səsinə bir az oxşayır. Bu gendən gəlir. O vaxt mənim bir gün də olsun boş vaxtım yox idi. Bütün günü toylarda idim, gündüz də, axşam da. Ev nə rəngdədir, heç onu da bilmirdim. Gözəlliyim də, səsim də yerimdədir. İndi çox müğənnilər oxuyur. Baxırsan, heç tanımırsan ki, kimdir? Bacarana can qurban. Bu gün də oxuyuram. Allah bu səsimi məndən almasın. Səsimlə çörək qazanıram. El şənliklərinə gedirəm, sağ olsun dostlar, dəvət edir. Həyatımdan narazı deyiləm, sevilirəm. Məşhurluq siz nəyə deyirsiniz? Məni sevib toylara dəvət edirlərsə, demək ki, məşhuram da. O da xoşbəxtlikdir. Televiziya efirlərinə çıxmaqla deyil ki. Efirlərə elə adamlar çıxır ki. Mənim qədər xeyriyyə konsertlərində iştirak edən bəlkə də yoxdur. Qocalar və uşaq evinə tez-tez gedirəm. Onlar özləri məni istəyirlər. Bu da bir xoşbəxtlikdir ki, onların qəlbinə yol tapmışam. Üzlərindəki təbəssüm nəyə desəniz deyərdi. İnsanın gərək sənətdə bəxti gətirsin. Mənim kimi bəlkə də oxuyan yoxdur. Özümdən razıyam, həm gözəlliyimdən, həm də səsimdən. Niyə də razı olmayım?! Rübabənin səsindən məndə varsa, mən niyə özümdən razı olmayım ki?!" deyə Tahirə Muradova deyib.

Tahirə Muradova əvvəlki toylardan da danışıb.

"Mən sənətə gələndə Ruhəngiz Musəvi, Kəmalə Rəhimli, Təranə Vəlizadə kimi sənətçilər də fəaliyyət göstərirdilər. Görüşürdük, bir-birimizlə hal-əhval tuturduq. Onlarla birlikdə toylarda olmuşuq. Tək apardığım toylar da olub. Aramızda mehribanlıq var idi, indiki kimi bir-birimizə paxıllıq etməmişik. Bir toy artıq olanda o birinə vermişik ki, gedib o da çörək qazansın. Hamı bir-birinə xeyir verirdi. İndiki toylarda oxumağa nə var ki? Diskin varsa asandır. Elə adam var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır. Mən gedən toylara getsinlər, görüm oxuya bilərlər? Canlı oxusunlar, onda deyərəm ki, sənətkardırlar. Sənəti yaman günə qoyublar. Kim nə istəyirsə o mahnıları yazır, oxuyur" deyə Tahirə Muradova bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1109   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.