Qanun "olar", aidiyyəti qurum "olmaz" deyir: Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilib. Müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbi ilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Qeyd edək ki, hər il müvafiq dövrdə xaricdə distant formada təhsil alanların diplomlarının tanınmaması ilə bağlı problemlər ortaya çıxır.
Məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyində distant təhsil haqqında bəndlər öz əksini tapsa da, bunun işləmə mexanizmi və tətbiqi yoxdur. Yəni Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından o təhsilin bir forması kimi qəbul edilmir.
Ekspertlərin fikrincə, distant təhsilə görə diplomlar tanınarsa, tələbələr Azərbaycan universitetlərini deyil, xarici universitetləri seçəcək və ölkəmizdəki universitetlər rəqabətlə üzləşəcək. Elə bu səbəbdən də müvafiq qurumlar distant formada xaricdə təhsil alanların diplomlarını tanımır.
Bəs bu məsələ nə vaxtsa həllini tapacaqmı?
Təhsil eksperti Elçin Əfəndi Bizim.media-ya açıqlamasında bildirib ki, xaricdə təhsil alarkən vətəndaşlarımız ilk növbədə onların təhsil alacaqları universitetin dünya reytinqində yer tutması məsələsinə diqqət etməlidirlər:
"Hər il 100-110 nəfərin diplomu ilə bağlı şikayətini görürük. Qeyd edim ki, kimsə qanuni əsasla və ya dövlət proqramı ilə qəbul olunursa, onların diplomlarının tanınması ilə bağlı hər hansı problem yoxdur. Eyni zamanda tələbənin təhsil aldığı müddətdə ölkədən çıxış və giriş haqqında məlumatları vətəndaş pasportunda öz əksini tapmalıdır.
Hansısa şirkətlər vasitəsilə qeyri-qanuni və ya leqal yolla qəbul olunanların (attestatla) diplomları tanınmır.
Xaricdə distant təhsil alanların diplomlarının tanınmamasına gəlincə, "Təhsil haqqında" qanunvericilikdə müvafiq olaraq əyani, qiyabi və distant təhsil öz əksini tapıb. Hazırda onlayn təhsilin tanınması ilə bağlı ciddi problemlər görürük. Düşünürəm ki, növbəti qanun dəyişikliyində məhz bu amil də aradan qalxacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 965 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək sənəd
Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sənədə əsasən
12:54 278 Donald Tramp: "ABŞ quruda narkotacirlərlə mübarizə aparacaq"
ABŞ Prezidenti Donald Tramp "Fox Business" telekanalına müsahibəsində bildirib ki, ABŞ narkotik qaçaqmalçılığına qarşı mübarizədə yeni mərhələyə başlayacaq. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, o qeyd edib ki, indiyədək əsas fokus gəmilər və dəniz marşrutları üzərində olub və görülə
16:47 165 ABŞ vitse-prezidentinin Bakıya səfəri uğurlu sayılmalıdır
ABŞ vitse-prezidenti Vensin fevralın 10-11-də Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. Sənədə əsasən
12:59 275 Milli Məclis asbest və asbest tərkibli materialların istifadəsini qadağan etdi
Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi rəsmi şəkildə qadağan edilir. Milli Məclisin qəbul etdiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna edilən dəyişikliklər çərçivəsində, asbest və asbest tərkibl
15:15 227 Rusiya Ukraynanı bombaladı
Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilinə doğru irəliləyərkən cəbhə xəttində döyüşlər davam edir. Müharibənin 1448-ci günündə tərəflər arasında həm cəbhə bölgələrində, həm də uzaqmənzilli zərbələr vasitəsilə qarşılıqlı hücumlar qeydə alınıb. Xüsusilə Ukraynanın şərq və cənub istiqamətlərində gərginli
16:26 172 Qadın pula görə kişini çəkiclə 40 dəfə vurub öldürdü
Rusiyanın Novosibirsk vilayətində qadın tanışını qarət etmək məqsədilə ona 40 dəfə çəkiclə zərbə endirib. Götürdüyü pul isə 25 min rubl olub. yerli mediaya istinadla bildirir ki, Novosibirsk vilayətində ağır cinayətdə təqsirli bilinən yerli sakin barəsində ittihamedici hökm çıxarılıb. Moşkovski rayo
20:00 1 ABŞ Ticarət katibi Epşteynin adasına səfər etdiyini etiraf edib
ABŞ-ın Ticarət katibi Hovard Lutnik ailəsi ilə birlikdə amerikalı milyarder Ceffri Epşteynin şəxsi adasına səfər etdiyini etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Lutnik ABŞ Senatında keçirilən dinləmələr zamanı Epşteyni
10:24 207 Uzunmüddətli perspektivlərə malik Azərbaycan - ABŞ iqtisadi əlaqələri
Bir neçə gün əvvəl ABŞ Ticarət Palatasının nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox rəhbər şəxs daxil idi ki, onlar "Apple", "Ardea Energy Technologies Inc, "Ericsson AB", "ExxonMobil", "Herbalife"
12:57 277 Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMA
Son aylarda taksi xidmətləri ilə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə mobil tətbiqlər üzərindən sifariş edilən taksilərdə sürücülərin gediş haqqının az olduğunu əsas gətirərək sifarişi ləğv etməsi artıq sistemli problemə çevrilib. Sərnişinlər sifarişin qəbul olunmasından bir neçə dəqiqə sonr
14:32 426