"Günay Bank"ın əmanətçilərinə kompensasiya "Bank Respublika" vasitəsilə ödəniləcək
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiyaları "Bank Respublika" ASC vasitəsilə ödəyəcək.
Bu barədə fond məlumat yayıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə "Günay Bank" müflis elan edilib, ADIF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq "Günay Bank"da sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.
Kompensasiya ödənilməsinə əvvəlcədən deyildiyi kimi, iyunun 19-dan başlanılacaq. "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika"nın müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını iyunun 19-dan etibarən "Bank Respublika"nın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respublika"nın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.
"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100%-i qədər kompensasiya ödəniləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 02 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSloveniya Prezidenti yol qəzasına düşüb
31 iyul tarixində Sloveniya Prezidenti Nataşa Pirts-Musar avtomobil qəzasına düşüb. "Report" xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Qəzetin məlumatına görə, 31 iyulda məzuniyyətdən qayıdan Prezidenti
23:15 50 Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. "Report"un yerli bürosu məlumat verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasını
21:30 136 "AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTO
2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub. BİG.AZ xəbər verir ki, tədbir çərçivəsində Bak
19:28 197 Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub
Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ
11:57 168 Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı -YENİLƏNİB+FOTO
Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb. xəbər verir ki, Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn edilib. 11:54. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxal
13:16 318 NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Kevin Uorş baza faiz dərəcəsinin müzakirə olunduğu iclasların sayını azaltmaq imkanını araşdırır. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu, son illərdə FES-ni
19:00 151 Bilgəhdə FACİƏ: 21 yaşlı oğlan dənizdə batdı
Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard
20:48 156 Oğul anasını qorumaq istəyərkən öldü - Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib. İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 5
16:53 552 Oğlunun şəhid olduğu gün vəfat etdi
Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətin
20:45 146