Bürcünüz yemək olsaydı nə olardı? - Qoz, şaftalı, kartof…

Bürcünüz yemək olsaydı nə olardı? - Qoz, şaftalı, kartof…Qadın-kişi fərq etməz, hər kəs həyatında ən azı bir dəfə öz bürcü, onun xüsusiyyətləri ilə maraqlanıb. Astroloqların fikrincə hər bürcün öz xarakterinə uyğun qidası mövcuddur.

BAKU.WS xarici KİV-ə istinadən bürclər qida olsaydı hansı olardı sualının cavabını sizlərə təqdim edir:

Qoç bürcü - İsti şokolad

Cazibədar, canlı və aktiv… Həqiqətən də qoç bürcü mükəmməl isti şokoladdır, lakin onları çox uzun müddət gözlətsəniz, stəkanda soyuq, özlü pudinq qalığına çevrilə bilər. Ona görə də qoç bürcü kimi səbirsizi yoxdur və onu gözlətmək olmaz.

Buğa - Kartof

Buğalar əsl kartofdur. Bu, onların ahəngdar şəxsiyyətlərinə ən çox uyğun gələn yeməkdir. Kartof, salatlardan tutmuş küftələrə, qızartmalara, əsas və yan yeməklərə qədər hər yerdə istifadə olunur. O, demək olar ki, hər yeməyin içinə yaxud da yanında servis edilir. Buna görə, təəssüf ki, kartof da eyniylə buğalar kimi heç də orijinal deyil.

Əkizlər - Ananas

Ananasdan başqa hansı yemək əkizləri belə gözəl təsvir edə bilər? Əkizlər bürcü insanları intellektual olduqları üçün eyniylə nənələrimizin bazar çantalarında görə bilmədiyimiz ananas kimidirlər.Ananas yeyəndə ağızda əvvəlcə şirin, daha sonra acı dad qalır. Eyniylə əkizlər bürcü insanları bəzən ikiüzlü olurlar və bəzilərinin ürəyində acı xatirə buraxırlar.

Xərçəng - Moruqlu Piroq

Xərçənglər ana kimi qayğıkeş və mərhəmətli davranışları ilə tort kimi şirin bir xarakter sərgiləyirlər. Lakin onlar sa tort deyillər. Klassik olmaq yerinə, bir az çeşidli meyvə ləzzətləri verən moruq tortuna bənzəyirlər. Tort üst başa, xərçəng isə həyatınıza bulaşdımı qopmaq bilməz. Hər yerə yayılar. İstidə əriyir, dadı dəyişir, eyniylə dəyişkən xərçənglər kimi…

Şir- Meyvə boşqabı

Bilirik ki, səliqəli meyvə boşqabının hazırlanması yaradıcılıq, əl əməyi və bacarıq tələb edir. Yaradıcılıq və yaxşı təşkilatçılıq dedikdə ağlınıza şir bürcü gəlir. Boşqabdakı rəngarəng görüntü də elə onlar kimi şən hiss etdirir.

Qız - kakos

Kakos açılması və yeyilməsi çətin olan bitki növüdür. Kakosu açan vaxt, xırdaçı, diqqətli olmaq lazımdır. Nəzərinizə çatdıraq ki, qızlar da olduqca vasvasıdırlar. Bu bəzən onlar üçün dezavantaja çevrilə bilir.

Tərəzi - brokoli

Brokoli sözünü eşidəndə çoxları "ıyy" deyir. Eyniylə kiminsə bürcünün tərəzi olduğunu öyrəndikdə ətrafındakıların verdiyi reaksiya kimi…

Hər nə qədər dadsız olsalar belə olduqca sağlam qida sayılırlar. Tərəzilər də belədir. Onların da sevimli, şən və uyumlu olduqları məqamlar var.

Əqrəb - Şokoladlı çiyələk

Şokoladlı çiyələk dedikdə göz önünə gözəl dodaqlı qadının çiyələyi şokoladın içinə batırıb dişləməsi səhnəsi gəlir. Bu, göz oxşayan, cazibədar, ehtiraslı, şirin, sevgi simvolu əqrəb kişisidir. Şokolad və çiyələyi birlikdə yeməkdən yorulursansa və yalnız daha şirin şokoladı üstün tutursansa, çiyələk paxıllıq edir, yeməsən, bir-iki günə çürüyür. Bu da əqrəblərin eqoist, paxıl xasiyətini bizlərə xatırladır.

Oxatan - Şaftalı

Şaftalının həm tüklü, həm də tüksüz növü var. Hər damaq dadına xitab edən bu meyvə bizə oxatanı xatırladır. O, da girdiyi hər mühitdəki adamlara uyğunlaşa bilir. Şəftəli iki gün qalsa xarab olar, boşalar və ləzzətini itirər. Eyniylə oxatanlar da diqqətsiz qaldıqda asanlıqla soyuya bilirlər.

Oğlaq - Qoz

Qoz deyəndə ağıla gələn ilk şey onun beyinə olan faydasıdır. Qoz beyin hüceyrələri üçün çalışır eyniylə oğlaqlar kimi… Oğlaq bürcü tanıyanların öyrənəcəkləri ilk şey nə qədər çalışqan və qətiyyətli olmaqlarıdır. Həmçinin oğlaqlar qoz qabığı kimi sərt və dözümlüdürlər.

Dolça - alma

Alma elə meyvədir ki, kimi onu çox sevir, tərifləyir, kimisi isə pisləyir. Eyniylə dolça insanları kimi…

Yer çəkiminin kəşfindən tutmuş, şahzadəni zəhərləyən, hətta Adəmlə Həvvanı cənnətdən qovduran alma və dolçanı bənzədə bildiniz yəqin ki?

Dolçalar da alma kimi, yenilkci, diqqət cəlb edən və eqoist olurlar.

Balıq - Limon

Balıqlar bürclərin ən emosionalı, ən sulu gözlüsüdür, əsl limon kimi… Limon şorbalara dərman, quru yeməklərə məzə, içkilərə təravətləndiricidir. Balıqlar da limon kimi hər işinizə yaraya bilən adamlardır. Üstəlik yaradıcıdırlar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2332   Tarix: 01 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 316
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1107
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 365
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 377
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 364
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 660
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 538
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 395
.