Özünü İbrahim Tatlısəsə oxşatdı, hər şeyini itirdi - İzzət Bağırov haqda maraqlı faktlar

Özünü İbrahim Tatlısəsə oxşatdı, hər şeyini itirdi - İzzət Bağırov haqda maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən müğənni İzzət Bağırov haqqında maraqlı faktları təqdim edir.

İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar, xanəndəlik sinfini və İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirib.

Xanəndə sinfində ona Əlibaba Məmmədov, vokalda isə Ziya Bağırov dərs deyib.

***

"Səni sevməyən ölsün", "Bəs neynəyim?", "Dost", "Söylə", "Yaradanım", "Bu gözəlin xətrinə", "Səndən ayrı" mahnıları ilə sevilən sənətçi 1995-ci ildən populyarlaşıb.

***
2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin birinci evliliyindən övladı olmasa da, ikincidən 3 uşağı olub. Sonuncu övladları əkiz doğulub.

***

İfaçı müxtəlif illərdə "Yaz yuxusunun işığı (1996), "Yanmış körpülər" (2003), "Şans" (2004), "Moskva-Bakı" qatarı" (2005), "Ayrılıq imiş" (2008), "Oyunçu" (2008) kimi filmlərdə rol alıb.

***
Ssenari müəllifi olduğu və baş rolunu canlandırdığı "Ümidlər puç olanda" filminin afişasını yayımladıqdan sonra ekran işi barədə müxtəlif fikirlər səsləndirilib. Çoxları İzzət Bağırovu "müğənni yaxşı film çəkə bilməz" deyərək tənqid edib.

İfaçı tənqidlərə cavab olaraq bildirib:

"Mən rejissor deyiləm, film də oyuncaq deyil. Adi mahnı yazdıranda həftələrlə vaxt sərf edirsən. "Ümidlər puç olanda" filminin ssenarisini 1 ilə yazmışam. Rejissor kimi kamera arxasına keçsəydim, məni tənqid etmələri normal idi. Rejissoru Samir Qulamovdur. Ona ssenari haqqında danışdım. Dedi ki, görüşək, danışaq. Ssenari ilə tanış olandan sonra çox bəyəndi, əl-ələ verib, çəkməyimizi təklif etdi. Beləcə çəkilişlər başladı. Ssenarini hər kəs yaza bilər. Azərbaycanlılar romantikdir, xəyal qüvvəmiz genişdir. İkinci sinif şagirdi də maraqlı, kiçik ssenari yaza bilər. Bu məsələni şişirtmələri normal deyil. Təəccübləndim ki, baxmadıqları film haqqında necə fikir yürüdürlər? Filmi izlədikdən sonra kimsə bəyənməsəydi, tənqid etsəydi, normal qarşılayardım".

***

Müğənni 2021-ci ildə maraqlı açıqlaması ilə gündəmə gəlib. "Youtube" layihələrindən birində qonaq olan ifaçı sənətinin hər şeyini əlindən aldığını etiraf edib:

"Müğənnilik məndən hər şeyimi aldı. Əgər bu sənəti deyil, başqa bir peşəni seçsəydim, rahat həyatımı yaşayardım. Müğənni rahat yaşaya, rahat ola bilmir".

***

Efirlərdə çox vaxt qəmgin görünən, ifa etdiyi mahnıların əksəriyyəti kədərli olan sənətçi verilişlərdən birində bu haqda danışarkən bunun sırf şəxsi problemlərlə bağlı olduğunu bildirib:
"Bu barədə danışmağı heç xoşlamıram. Çünki bunlar mənim şəxsi problemlərimdir və heç kimi buna şərik etmək fikrim də yoxdur".
***
Dindar və ciddi xarakteri olan İzzət Bağırov göz önündə olmağı sevməyib. Hətta sənətçinin "İnstagram" hesabım belə yoxdur.

***
Özünəməxsus geyim tərzi və xarakteri ilə diqqət çəkən müğənni mahnı səsləndirərkən mikrofonu atıb-tutması ilə bir çox insanların gülüş obyektinə çevrilib. Onun obrazı parodiyalardan da yan keçməyib. Daha çox aktyor Müşviq Şahverdiyev tərəfindən parodiya olunan ifaçı bundan özünün də xoşu gəldiyini bildirib:
"Müşviqin məni parodiya etməsi özümə ləzzət edir və xoşuma da gəlir. Deməli, mən gündəmdəyəm və populyar olduğum üçün məni parodiya edirlər".

***

Musiqiçi proqramlardan birində illərdir eyni tərzdə geyindiyi üçün onu tənqid edənlərdən söz açarkən qeyd edib:

"Mən onlara bir söz demərəm, çünki hərə öz sözünə və geyiminə cavabdehdir. Bu yaxınlarda bir xanım sənətçi ilə verilişdə oldum. Mənə qayıdıb deyir ki, "əvvəllər namaz qılırdım, amma indi sənətimlə bağlı namaz qıla bilmirəm". Sonra da efirdən deyir ki, "mən özüm yarılüt şəkildə efirə çıxıram ki, əks cinsi özümə cəlb edim və pərəstişkar toplayım". Sözə bax, a. Əgər özünə pərəstişkar yığmaq istəyirsənsə, işləmək lazımdır. Yarılüt şəkildə efirə çıxmaq yox..."

***
2019-cu ildə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova hücum olunub. Sonradan İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər bir-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. İ.Bağırov sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.
***

Bir neçə il öncə İzzət Bağırovun pulsuzluqdan evdən çıxmadığı barədə mediada xəbərlər yayılıb. Müğənni "X maqazin" verilişində məsələyə aydınlıq gətirib:

"Pulsuzluqdan evdən çıxmadığım barədə yayılan xəbərlər yalandır. Toylarımız var, zəhmət çəkib, qazanıram. "Ümidlər puç olanda" adlı film çəkmişəm, bütün xərcləri cibimdən vermişəm. Filmdən sonra məni itirib-axtarmayanlar dostlarımdan nömrələrimi istəyir. Deyirəm ki, sözünü sizə desinlər. Mən elə populyarlıq qazanmışam ki, heç kim mənim işığımı söndürə bilməz. Allah istəmədən kimsə məni yıxa bilməz".

***

İfaçı laqeyd münasibətlərinə görə, ətrafındakı insanların çoxunu həyatından silib. Hətta bir dəfə telefonu əlinə alıb nömrələri silməyə başlayıb. Bu cür alınmadığını görüb bulvara gedib, telefonu dənizə atıb.

***
Əməkdar artistlər aktyor Elşən Cəbrayılov və Əkbər Əlizadə ifaçının tələbəlik yoldaşları olub.

Elşən Cəbrayılov İzzət haqqında danışarkən onun tələbəlik vaxtlarından özünü İbrahim Tatlısəsə oxşatdığını, onun kimi geyindiyini bildirib:

"İzzət heç kimə qarşı kobudluq etməzdi. Təmkinli insane idi. Ağıllı, dost qədri bilən idi. O, İbrahim Tatlısəsin vurğunudur. İnanmıram ki, İzzət qədər Tatlısəsi sevən olsun. Hamı deyirdi ki, İzzət özünü ona oxşadır, onun kimi geyinir. Bir dəfə İzzətin qanı qara idi. Soruşdum: "Nə olub?". Dedi: "Bir pencək var, ondan axtarıram. Tapşırmışam, bilmirəm, gətirəcəklər, ya yox". Mən də dedim: "Tatlısəsin pencəyindən?". Güldü, bir az da ciddi cavab verdi: "Sən də başladın. Bir sən deməmişdin".

***

İllərdir səhnədə olan sənətçi indiyə qədər heç bir fəxri ad almayıb.

Özü də verilişlərin birində bundan şikayətlənib:

"Siyahıda adlar çıxdıqca baxıram, pis oluram, küsürəm. Özümə sual verirəm ki, "Axı niyə?" Elə bir tamaşaçı yoxdur ki, bu fikrimlə razılaşmasın. Bu çıxışı ona görə etmirəm ki, mənə fəxri ad versinlər. Sadəcə mənə qarşı olan bu laqeydliyə münasibət bildirirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1476   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.