Rəşad Dağlının qətl törətdiyi axşam bunlar baş verib - YENİ DETALLAR

Rəşad Dağlının qətl törətdiyi axşam bunlar baş verib - YENİ DETALLARMəşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rəşad Dağlının qardaşı Ağamalı Əmirov ifadə verib.

Şahid qeyd edib ki, gecə vaxtı Rəşad Dağlı ona zəng edib: "Məndən gödəkçəsini istədi. Mən də gödəkçəsini gətirənə kimi Rəşad getmişdi, zəng etdim, telefonu açmadı. Qardaşım heç vaxt mənim zəngimi cavabsız qoymazdı. Buna görə də narahat oldum. 2 saat sonra Rəşad özü mənə zəng etdi. Dedi ki, hadisə baş verib, onu polisə aparmağımı istədi. Rəşad şokda idi, danışa bilmirdi. Buna görə də hadisə barədə mənə bir söz demədi".

Prokurorun suallarını cavablandıran şahid deyib ki, mərhum İsgəndər Mehdiyevi Ələkbər Yasamallının qohumu kimi tanıyıb: "Amma onun özü ilə tanışlığım olmayıb. Bu hadisədən əvvəl İsgəndər mənə zəng etdi. Ona cavab vermədim. Sonra mesaj yazdı ki, Rəşadı axtarır, Rəşadla işi olduğunu deyib. Danışmasa, sonra gec olacağını qeyd edib. Mən də bunu Rəşada dedim. Rəşad dedi ki, boş ver, işin olmasın".

Meyxanaçının qardaşı bildirib ki, Rəşad Dağlı şokda olduğu üçün ona hadisənin təfərrüatlarını danışa bilməyib.

Ağamalı Əmirov qeyd edib ki, Rəşad Dağlı İsgəndəri öldürdüyünü, buna görə də polisə təslim olmaq istədiyini deyib: "Mən də daha heç nə soruşmadım. Onu maşına qoyub polisə apardım".

Daha sonra ifadə verən şahid Yaşar Abdullayev bildirib ki, Rəşad Dağlı onun icarəyə götürdüyü obyektdən bıçaq alıb. Rəşad Dağlının məlum hadisə günü aldığı bıçaq açıq satışda olub, satılması üçün heç bir qadağa olmayıb: "Həmin bıçağın alınması üçün heç bir sənəd tələb olunmur. Bu hadisənin baş verməsini səhəri gün eşitdim. Həmin gün bildim ki, gecə Rəşad bizim mağazadan bıçaq alıb".

Digər şahid İsgəndər Mehdiyevin qohumu Azər Quliyev bildirib ki, İsgəndər onun telefonundan Rəşad Dağlıya zəng edib: "Rəşada dedi ki, danışıb görüşməliyik. Rəşad ondan nə məsələ olduğunu soruşdu. İsgəndər də telefon söhbəti olmadığını dedi. Söhbətin nədən ibarət olduğunu mən də bilməmişəm. Bu söhbət mənə maraqlı gəlmədi. Buna görə soruşmadım. İsgəndər də bir söz demədi".

Sualları cavablandıran şahid deyib ki, Rəşad Dağlı ilə onun heç bir əlaqəsi olmayıb, onu ancaq məclislərdə görüb.

Növbəti proses iyunun 9-da davam edəcək.

İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehtiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3 min manat pul tələb edib.
Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.(sfera.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1870   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca

20:45 117
.

Prezidentə təbriklər gəlir - Yenilənir

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda

16:30 220
.

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd

18:30 199
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

12:07 269
.

Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə

20:30 123
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

21:20 1
.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

21:30 1
.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

19:30 143
.

"Tələbə təqaüdünün məbləği artırılacaq"

Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə

16:23 248
.