Bu il məktəblər sentyabrın 1-də açılacaq? - "Hamı o fikirdədir ki..."
"Bu gün sosial şəbəkələrdə də, saytlarda da Elm və təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-də açılması barəsində səsləndirdiyi fikirlər yayılıb. Lakin Emin Əmrullayev konkret olaraq o fikrin üstündə durmur ki, məhz ayın 1-də olsun. O, deyib ki, belə məqbul sayılar".
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Məzahir Məmmədli deyib.
O, Elm və təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-də başlanması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.
Xatırladaq ki, məlum təklif sosial şəbəkə istifadəçilərini iki cəbhəyə bölüb. Bəziləri bu təklifi qəbul etsə də, digər bir kəsim nazirin fikirlərini doğru saymayıb.
Öz növbəsində, M.Məmmədli əlavə edib ki, təklifdən görünən odur ki, bunun hələ müzakirəyə ehtiyacı var:
"Amma ümumilikdə götürsək, dərslərin sentyabrın 1-də başlanması fikrini dəstəkləyənlər daha çoxdur, nəinki sentyabrın 15-də. Çünki sentyabrın 1-də başlayan tədris artıq mayın sonunda başa çatır. Amma biz baxırıq ki, tədris iyunun 15-nə qədər davam edir. Belə olan halda burada həm istilər, həm də nəzərdə tutulan 32-34 həftəlik dərs yükü kifayət etmir. Yəni son 15 günün tədrisi demək olar ki, keçirilmir.
Bu məsələ barəsində səslənən müzakirələrdən də görünür ki, hamı dərslərin sentyabrın 1-də başlanmasını dəstəkləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1340 Tarix: 21 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
20:45 117 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
16:30 220 Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə
Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd
18:30 199 Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
12:07 269 Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə
20:30 123 Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
21:20 1 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
21:30 1 Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund
19:30 143 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
16:23 248