Haukur Hauksson: "Avropa Şurası üzv ölkələrin ərazi bütövlüyünü seçərək qoruyur" - İSLANDİYADAN RƏY

Haukur Hauksson: "Avropa Şurası üzv ölkələrin ərazi bütövlüyünü seçərək qoruyur" - İSLANDİYADAN RƏYÖtən həftə İslandiyanın paytaxtı Reykyavikdə Avropa Şurası (AŞ) Dövlət və Hökumət Başçılarının IV Zirvə Toplantısı keçirilib. Azərbaycanda forum həm xarici işlər naziri Ceyhun Bayramovun iştirak etməsi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıdığını bir daha təsdiqləməsi ilə diqqət çəkdi.

Ümumiyyətlə, dünya mediası rəsmi Reykyavikin gözləntilərinin əksinə olaraq AŞ sammitinə çox az diqqət ayırdı. Daha çox Prezidenti Aleksandr Vuçiçin İslandiyaya gəlməkdən imtina etdiyi Serbiyanın demarşı barədə məlumat mediada öz əksini tapdı. Oxu.Az-ın xəbər verdiyi kimi, Serbiya AŞ-nin öz qətnaməsində Şuraya üzv olan bütün ölkələrin ərazi bütövlüyünü tanımasını təkid edib. Bura Kosovonun Serbiyanın tərkib hissəsi kimi tanınması da daxil idi. Ancaq Belqradın tələbi təmin olunmayıb.

İslandiyada AŞ-nin sammitinə reaksiya necə oldu?

Tanınmış islandiyalı jurnalist və şərhçi Harkur Hauksson Oxu.Az-a açıqlamasında bunun yerli standartlara görə böyük hadisə olduğunu deyib:

- İslandiya hökuməti ölkəyə belə mühüm forum keçirmək imkanı verildiyi üçün çox fəxr edirdi. Böyük gözləntilər var idi, səlahiyyətlilərimiz düşünürdülər ki, bu, bütün KİV-də əsas xəbər olacaq. Amma sonra məlum oldu ki, Qərb mətbuatında bu sammit haqqında az danışılıb və hakimiyyət bir qədər məyus olub.

- Sammitdən əvvəl böhran baş verdi və bu, Serbiya Prezidenti Aleksandr Vuçiçin Reykyavikə getməkdən imtina etməsi ilə nəticələndi. Məsələ ondadır ki, Belqrad Avropa Şurasının qətnamələrindən birinə Şuranın üzvü olan bütün dövlətlərin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan düzəliş tələb edirdi. Avropa Şurası bu düzəlişi rədd etdi. Belə çıxır ki, Avropa Şurası təşkilata üzv olan ölkələrin ərazi bütövlüyünü seçmə üsulu ilə tanıyır? İslandiyada insanlar bu barədə nə düşünürlər?

- İslandiyada siyasi elita cibdədir, Brüsselin əlindədir. Amma İslandiya cəmiyyəti sizin səsləndirdiyiniz sualı verir. Sosial şəbəkələrdə bu mövzu ilə bağlı çoxlu müzakirələr aparılıb. Avropada ölkələrin ərazi bütövlüyünü seçmə üsulu ilə qoruyurlar və bu, ya Avropa strukturlarının peşəkarlığının (bu mümkündür), ya da vicdansızlığının və ikiüzlülüyünün (böyük ehtimalla) göstəricisidir. Xalq forumlara toplaşan, bir-birini tərifləyən strukturlara, qlobalizmə həvəsli deyil.

Bundan əlavə, sammitin gündəliyinə görə anlaşılmazlıq yaranıb. Əsas mövzulardan biri də məlum səbəblərdən Ukrayna idi. İnsanlar çaşqınlıq içindədirlər ki, niyə heç kim insanların qanını, iztirablarını necə dayandırmaq barədə danışmır, niyə heç kim variant təklif etmir? Bunun əvəzinə hamı yalnız silah təchizatından danışır.
İnsanların razılaşmadığı növbəti məsələ də iqlim gündəmidir. Siyasi elita atmosferə karbon qazı emissiyası məsələsini şişirtməkdə davam edir.

- Avropa Şurasında birlik varmı? Axı Avropa Şurasının üzvü olan ölkələr bütün qətnamələrə yekdilliklə səs vermirlər. Eyni sammitdə Türkiyə, Azərbaycan, Serbiya və bəziləri sənədlərdən birini dəstəkləmədi...

- Bu, bir daha Avropa Şurasının seçici yanaşmasını göstərir ki, qətnamədə bir ölkə dəstəklənir, lakin oxşar problemləri olan digər ölkələrin adları çəkilmir. Onlar səssizcə oturmağa və sadəcə səs verməyə təşviq olunurlar. Bu, bir daha təkrar edirəm, Avropa Şurasının ikiüzlülüyünə dəlalət edir. Amma bəzi dövlətlər öz fikirlərinin olduğunu göstərdilər.

Bu foruma ev sahibliyi edən İslandiya elitası planeti xilas edərək dünyaya kömək etdiyinə inanır. Xalq isə bundan uzaqdır. İslandiya xalqı ilə hakimiyyət arasında fikir ayrılığı var. Sammit zamanı Reykyavik mərkəzinin bağlanması, evlərini tərk etməyin, mağazaya getməyin mümkün olmaması insanları şoka saldı. Mayın əvvəlindən hakimiyyət xarici qoşunları dəvət edib. Küçələr hərbçilər, xüsusi polis qüvvələri (məsələn, Danimarkadan), pulemyotçular tərəfindən patrul edildi, helikopterlər uçdu.

Daha anlaşıqlı olmaq üçün izah edim: İslandiyanın öz ordusu yoxdur, yalnız sahil mühafizəsi var, lakin bunlar ümumi qəbul edilmiş mənada silahlı qüvvələr deyil. İslandiya dinc ölkədir və buna görə də başqa dövlətlərdən silahlı əsgərlərin meydana çıxması islandiyalılarda çox çətin və mənfi təəssürat yaratdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca

20:45 117
.

Prezidentə təbriklər gəlir - Yenilənir

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda

16:30 220
.

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd

18:30 199
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

12:07 269
.

Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır". APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib. Onun sözlərinə görə

20:30 123
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

21:20 1
.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

21:30 1
.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

19:30 143
.

"Tələbə təqaüdünün məbləği artırılacaq"

Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə

16:23 248
.