Ömürlük məhkum kamera yoldaşını kibritə görə öldürübmüş - TƏFƏRRÜAT
29 ildir həbsdə olan və ötən il həbsxanada kamera yoldaşını öldürən Zahidikəhriz Abbasovun cəza müddətinə daha 18 il əlavə olunub.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bir sıra detallar məlum olub. Belə ki, onun həbsdə qətlə yetirdiyi kamera yoldaşı Oleq Abişev də ömürlük məhkum imiş. Qətl isə kibrit çöpü üstündə baş verib.
Hadisə günü Z.Abbasov siqaret çəkmək üçün kibrit tapa bilmədiyinə görə səs-küy salıb, söyüş söyməyə başlayıb. O.Abişev bu barədə ona irad tutub və nəzarətçilərə məlumat verib. Abbasov kamera yoldaşının iradına görə onu cəzalandırmaq qərarına gəlib. Onunla mübahisəyə başlayıb və üzündən bir neçə yumruq zərbəsi vurub. Daha sonra onu yerə yıxıb, otaqdakı stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub. Oleq Abışev həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.
Z.Abbasov məhkəmədə ifadə verərkən deyib ki, O.Abişevlə 2018-ci ildən eyni kamerada cəza çəkir və hadisə baş verən günədək münasibətləri normal olub:
"Mən siqaret çəkmirəm, Oleq isə çəkən olduğuna görə siqaret olmayanda əsəbiləşir, söyüş söyürdü. Həbsxananın rəisi gündəlik 10 ədəd siqaret norması təyin etsə də, o, 1 qutu çəkirdi. Hadisə günü Oleq siqaret yandırmaq üçün kibrit tapa bilmədi. Oturduğu yerdə söyüş söyməyə başladı. Mən ondan kimi söydüyünü soruşduqda cavablandırmadı. Məcbur qalıb nəzarətçini çağırdım. Məqsədim onu sakitləşdirmək və kamerada söyüş söyməsinin qarşısını almaq idi. Həm də nəzarətçiyə deyəcəkdim ki, ona kibrit verilsin. Nəzarətçi isə kibrit verməyərək nəfəsliyi örtüb getdi.
Bundan sonra Oleq məni satqınlıq etməkdə, onu "paqonlulara" satmaqda günahlandırdı, ana söyüşü söydü. Bu səbəbdən ona bir neçə yumruq vurdum. Güləş fəndi ilə qaldırıb yerə çırpdım. Başı tualetin pilləkəninə dəyib partladı, qan gəldi. Mən bundan sonra dayansam da, Oleq onun başını partlatdığım üçün otaqdakı stəkanı götürüb üstümə hücum etdi. Onun qolunu burub stəkanı əlindən aldım, baş nahiyəsinə vurdum. Həmin an nəzarətçilər gəlib məni apardılar. Oleq xəstəxanaya gedəndən 1 həftə sonra öldü. Düzgün müalicə aparılsa idi, ölməzdi. Onu öldürmək niyyətim olmayıb, peşmanam".
Hakimlər Z.Abbasovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə təqsirli bilərək 18 il həbs cəzası verib. Zahidkəhriz Abbasov ömürlük məhkum olduğu üçün bu müddət onun cəza müddətinə fiziki olaraq hər hansı təsir etməsə də, gələcəkdə əfv sərəncamından faydalanmasının qarşısını alacaq.
Qeyd edək ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Onun qətlə yetirdiyi Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunmuşdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 668 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım
Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin
20:00 161 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
21:30 98 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
13:01 268 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
16:56 465 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
14:21 360 Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
11:31 406 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
11:52 297 Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
21:21 7 Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund
19:30 158