DİN-dən uşaqları qamçı ilə döyən müəllim barədə AÇIQLAMA - YENİLƏNİB + VİDEO

DİN-dən uşaqları qamçı ilə döyən müəllim barədə AÇIQLAMA - YENİLƏNİB + VİDEOAraşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

11:52

"O bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib. Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır".

Bu barədə Oxu.Az-a yayılan videogörüntülərlə bağlı açıqlama verən "Xəmsə" Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva deyib.

O bildirib ki, həmin müəllim pandemiya dövründən "Xəmsə" Tədris Mərkəzində icarəyə otaq götürüb:

"Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı".

11:33

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı deyilir.

Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür. Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.

Həmin videogörüntüləri təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1201   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım

Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin

20:00 161
.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

21:30 98
.

"Fənərbaxça" "Liverpul"a qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"

13:01 268
.

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua

16:56 465
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

14:21 360
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

11:31 406
.

Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?

Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını

11:52 297
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

21:21 7
.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

19:30 158
.