"İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar"
"Bəzən mənə yaxınlarım deyirlər ki, "sən qarışma, danışma". Mən danışmayım, sən danışmayasan, yaxşı bəs kim danışsın?! Biz mədəni irsimizə, musiqimizə sahib çıxmalıyıq. Musiqinin professionalları danışmalıdır. Yeni-yeni səhnəyə çıxanda çox qorxurdum. O vaxt Tofiq Quliyev, Rafiq Babayev sağ idi. Öz-özümə fikirləşirdim ki, birdən düzgün oxumaram, mənə irad tutarlar. İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar. Meydan hamınındır, gəlib özlərini göstərsinlər. Amma klassik əsərlərimizə toxunmasınlar, necə lazımdırsa onları ifa etsinlər. Bizim estrada musiqimiz adı altında hər bir lazımlı-lazımsız notlar səslənir. Biz belə etməklə Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Fikrət Əmirovun ruhunu incitmiş olarıq".
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Brilliant Dadaşova deyib.
"Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. İlk dəfə Akif İslamzadə ilə birgə televiziyada "Bir dəfə yaşayırıq" duetini oxuduq. 1985-ci il idi. Səhəri gün məni universitetdə hamı tanıdı. 1989-cu ildə "Bayatılar" mahnısını oxudum. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Musiqidən başı çıxan çox az adam qalıb. Həmkarlarımın arasında həqiqətən də qürur duymalı şəxslər var. Amma onların sayı çox azdır" deyə sənətkar bildirib.
Xalq artisti ümummmilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb.
"Müstəqilliyimizi qazanandan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın ilk "əməkdar artist" fəxri adını mənə vermişdi. Heydər Əliyevi biz heç vaxt unuda bilmərik. Yadımdadır, onun adına park açılırdı. Bizə tapşırmışdılar ki, siz oxuyun, o gəlib insanların içindən keçib gedəcək. Ulu öndərin səhnəyə çıxması planda yox idi. Səhnədə mən oxuyurdum. Bu anda heç kimə demədən, mühafizəsiz falan təkbaşına səhnəyə çıxdı. Hamı şokda idi. Səhnədə ən azı 15 balaca uşaq var idi. Heydər Əliyevin arxasında dayanıb, uşaqları çalışırdım ki, kənara çəkim, onun ayağını tapdalamasınlar. Birdən gözü mənə sataşdı. Dedi ki, "sən niyə arxamda dayanmısan?! Gəl, bura". Gətirdi məni düz yanına. O bu qədər sadə bir insan idi" deyə sənətkar bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə
17.09.2021 4785 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403