Hər gün minlərlə yoluxma, onlarla ölüm – təhlükəli virusun qurbanları artır
Hər gün dünyada koronavirusa minlərlə yoluxma, onlarla ölüm qeydə alınmaqda davam edir.
Bu barədə "Report" ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə statistikasına istinadən xəbər verir.
Belə ki, təkcə Meksikada son sutka ərzində koronavirusa 1 763 yoluxma qeydə alınıb. Qeyd edilir ki, son gün ərzində daha 18 nəfər COVID 19-un qurbanı olub.
Pandemiya ərzində Meksikada koronavirusa ümumilikdə 7 576 383 yoluxma, 333 763 ölüm qeydə alınıb. Qazaxıstanda son gündə koronavirusa 34, Pakistanda 13 yoluxma qeydə alınıb.
Statistik məlumatlar dünyada koronavirusa yoluxanların ümumi sayının artdığını göstərir. Belə ki, pandemiya ərzində dünyada COVID-19 diaqnozu qoyulanların ümumi sayı 686 420 104 nəfərə çatıb.
Məlumata görə, dünyada pandemiya qurbanlarının da ümumi sayı 6 859 395 nəfərə çatıb, eyni zamanda COVID-19 diaqnozu qoyulmuş 659 008 064 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb – 106 542 201 nəfər. Birləşmiş Ştatlar habelə koronavirusdan ölüm sayına görə də siyahıda birincidir – 1 159 011 nəfər.
Pandemiya ərzində koronavirusa yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 44 881 877 nəfərə COVID-19 diaqnozu qoyulub. Hindistanda 531 300 insan koronavirusdan ölüb.
Pandemiya ərzində COVID-19-a ən çox yoluxmanın qeydə alındığı üçüncü ölkə Fransadır. Qərbi Avropanın bu ölkəsində 39 945 239 nəfərdə koronavirus əlamətləri qeydə alınıb, 166 289 insan ölüb.
Almaniya da koronavirusdan ən çox əziyyət çəkən Avropa ölkələrindəndir. Bu ölkədə pandemiya ərzində 38 393 992 nəfərə COVID-19 diaqnozu qoyulub, 172 536 nəfər təhlükəli virusun qurbanı olub.
Dünyada ABŞ-dan sonra koronavirusdan ən çox ölüm Braziliyada qeydə alınıb. Bu ölkədə 701 215 nəfər COVID-19-dan ölüb. Braziliya həm də koronavirusa ən çox yoluxma sayına görə dünyada beşincidir.
Qeyd edək ki, bəzi ölkələrin koronavirusla bağlı sutkalıq məlumatları hələ yenilənməkdədir.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 331 Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq
Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd
15:50 236 İlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
16:11 226 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
13:55 308 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
19:15 168 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
18:15 180 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
16:54 244 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
12:41 319 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 186