Gələcəyin yeni cihazı nümayiş etdirildi: Mobil telefonları əvəz edəcək
Məşhur "Apple" şirkətinin keçmiş işçiləri inqilab ediblər.
Onlar "Humane" adlı yeni qadceti təqdim ediblər ki, bu qadcet yaxın illərdə mobil telefonların yerini alacaq.
Keçmiş "Apple" dizaynerləri və mühəndisləri İmran Çaudri və Betani Bonjorno TED 2023 sərgisində bununla bağlı konfrans keçiriblər. Onlar "Humane" smart portativ proyektorunun necə işlədiyini nümayiş etdiriblər.
"Humane" miniatür proyektordur və hər hansı bir geyimə yapışdırıla bilir. Proyektor dinamiklər, kamera, mikrofon, yaddaş modulu və süni intellekt çipi ilə təchiz edilib.
"Humane" smartfonu əvəz edə bilər. Proyektordan istifadə edərək şəkil çəkmək, mesaj göndərmək, zənglərə cavab vermək, poçt qutusuna gələn məktubları dinləmək, internet səhifələrini oxumaq, qeydlər aparmaq və təqvimə nəzər salmaq mümkündür. Bütün əməliyyatları isə səsli köməkçi yerinə yetirəcək, ondan sadəcə nəyisə etməsi istəniləcək. Məsələn, mağazada rəf qarşısında dayanmaqla hansısa məhsul haqqında daha çox məlumat əldə etmək mümkün olacaq. "Humane" məhsulu skanləyəcək və onun haqqında bütün məlumatları səsləndirəcək.
"Humane"nin funksiyaları praktiki olaraq qeyri-məhduddur. Qadceti yandırmaq üçün sadəcə barmağınızla ona iki dəfə toxunmağınız kifayətdir. "Humane" telefona qoşulmur. Bu, müstəqil cihazdır və bütün məlumatları buludda saxlayır.
"Humane" təsviri ovcunuza və ya digər predmetlərə proyeksiya edə bilər. Bu cihazı geyimə yapışdırmaq zəruri deyil, məsələn, onu cibdə saxlamaq və lazım olduqda çıxarmaq olar. Proyektor "Android" bazasında işləyir, hesablamalara isə "Qualcomm Snapdragon" çipi cavabdehdir (versiya göstərilməyib).
Həmçinin 180 dərəcəlik kamera, 3D sensor və dərinlik sensoru da var. "Humane"ni təkcə sözlərlə deyil, həm də ovuc içinin jestləri ilə idarə etmək mümkündür.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1127 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 741 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 407 Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
08.11.2026 338 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 665 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 560 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 423 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 379 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1658 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 358