Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?

Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?Avropa ölkələrinin bəzilərində 4 günlük iş sistemi mexanizmi tanınsa da, insanlar bu yeniliyə elə də rəğbət göstərməyib.

Məsələn, Belçika ötən ilin sonunda Avropa Birliyində (AB) işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə oldu.

Belə ki, Belçika hökumətinin ötən ilin sonunda qüvvəyə mindirdiyi tənzimləmə ilə işçilər istəyə və işəgötürənlə razılaşdıqları təqdirdə 38 saatlıq iş həftəsini 5 gün əvəzinə 4 gündə tamamlaya bilərlər. Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə bilərlər.

Amma bununla belə, "Securex" insan resursları konsaltinq şirkətinin araşdırmasına görə, hazırda Belçikada tam ştatlı işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir.

1000-dən az işçisi olan şirkətlərdə bu göstərici daha aşağıdır. Bu şirkətlərdə çalışanların 45 faizi 4 gün işləməyə üstünlük verdiyi halda, sayı 1000-dən çox olan şirkətlərdə bu nisbət 75 faizə yüksəlir.

Təqdim edilməmişdən əvvəl çox populyar olacağı gözlənilən tətbiqə üstünlük verilməməsi təəccüblə qarşılanıb.

"Securex" yeniliyin rəğbət görməməsinin iki əsas səbəbini açıqlayıb. Bunlardan birincisi, işçilərin 4 günlük iş sisteminin faydalarına hələ də əmin olmamasıdır. Digəri isə odur ki, 4 gün işləmək, xüsusən işçiləri az olan şirkətlərdə inzibati və təşkilati ziyana səbəb olur.

Belçikanın "L'Echo" qəzetinə danışan Əmək Nazirliyinin sözçüsü, hökumətin bu hüquqi tənzimləməni edərkən məqsədinin hamının 4 gün işləmək məcburiyyətində qalmasını təmin etmək deyil, bunu bir seçim kimi təklif etmək olduğunu bildirib.

Nazirlik rəsmisi bildirib ki, bu praktika işçilərin öz ixtiyarındadır:

"4 günlük işə keçmək işçilərin işəgötürənə müraciət etməsi nəticəsində məsləhətləşərək verilən qərar olmalıdır. Bu cür yeniliyin mərhələli şəkildə həyata keçirilməsi normal haldır".

İnformasiyanı təqdim etmək məqsədimiz inkişaf etmiş Avropa ölkələrinin bu yeniliyinin ölkəmizdə də olması arzusundan doğmur. Bizim öz reallığımız var. Amma Avropa 4 günlük iş sistemini tətbiq edərkən, ölkəmizdə insanlarımızın şənbə günləri daxil olmaqla, bəzən bazar günləri də işləmək məcburiyyətində qalması bizi düşündürməyə bilmir.

Görəsən, biz insanların iş rejimini necə tənzimləyə bilərik ki, işdən bezmək əvəzinə, Belçikadakı kimi 4 günlük rejimi bəyənməsinlər? Yaxud da bu sahədə bizim hələ əsas görülməli işlərimiz hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov cavablandırıb.

Millət vəkili bildirib ki, 4 günlük iş rejiminə keçid bu gün bır sıra inkişaf etmiş ölkələrdə müzakirə olunur:

"Bu ideyanı ən çox dəstəkləyən ölkələrdən biri də Böyük Britaniyadır. Böyük Britaniya 4 günlük iş rejimini mərhələli şəkildə bütün sektorlarda tətbiq etməyə çalışır".

Milli məclisin deputatı Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq edilməsindən çox əmək bazarında əmək hüquqlarının qorunması, bütövlükdə məşğulluğun leqallaşdırılması istiqamətində islahatların dərinləşməsi daha vacibdir:

"Hazırda Azərbaycan əmək bazarı üçün iş günlərinin azaldılması deyil, işçilərin əmək hüquqlarının tam olaraq qorunması ilə bağlı islahatlaraın dərinləşməsi vacibdir. Çünki bu gün, xüsusilə də işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Məşğul əhalimizin tam olaraq rəsmi əmək müqaviləsi ilə çalışması, ödənilən əmək müqavilələrində əmək haqqı məbləğlərinin tam göstərilməsi kimi məsələlər var ki, onların həlli daha vacibdir.

Nəzərə alsaq ki, əmək hüquqları, həm də vətəndaşlarımızın pensiya və digər hüquqlarına birbaşa təsir göstərir, o baxımdan bu gün Azərbaycan üçün prioritet, əmək hüquqları daxil olmaqla, əmək bazarında islahatların daha da dərinləşdirilməsidir. Bu islahatlar artıq həyata keçirildikdən sonra digər məsələlər, o cümlədən iş saatları və iş günləri ilə bağlı məsələlərin müzakirəsi mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1021   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 227
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 241
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

22:15 1
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 239
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

22:00 1
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

16:54 244
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

19:30 138
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 265
.