Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı

Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdıZimbabvedə safari zamanı begemotun dişləri arasından sağ çıxan və qolunu itirən Bələdçi Pol Templer mediada həmin dəhşətli anlarını bölüşüb.

Onun sözlərinə görə qorxunc hadisə Zambezi çayında safaridə olarkən baş verib. Onunla yanaşı, altı turist və üç kursant bələdçi üç kanoe ilə səfər edib.

Əvvəlcə hər şey yaxşı olub. Bir müddət sonra Pol uzaqdan begemot sürüsünü görüb. Kanoelər yavaş-yavaş heyvanlara yaxınlaşıb və bələdçi ehtiyatla onların yanından üzüb keçməyə qərar verib.

"Birdən güclü bir zərbə oldu və mən kanoenin arxa hissəsinin havaya uçduğunu gördüm. Arxada oturan bələdçi Evans çaya yıxıldı", - deyə o, faciənin ilk anlarını xatırlayır.

Axın Evansı dişi begemot və onun balasına doğru aparırdı, buna görə Pol dərhal köməyə tələsib. O, digər bələdçilərə turistləri təhlükəsiz yerə aparmağı tapşırıb, özü isə kanoeni çevirib axınla batan bələdçiyə doğru yollanıb.

"Bu, Hollivud filmi kimi idi. Mən əyilirəm və Evans əlini uzadır. Barmaqlarımız az qala toxundu. Bu an aramızda olan su sadəcə partladı. Hər şey o qədər sürətlə baş verdi ki, heç nəyi dərk etməyə vaxtım yox idi".

Bir neçə saniyə sonra Pol özünü begemotun çənələri arasında görüb. Çabalayaraq həyatı üçün mübarizə zamanı o heyvanın ağzından çıxmağı bacarsa da, begemot yenidən onu dişləri arasına alıb, o tərəf-bu tərəfə silkələdiyi üçün isə Pol əlini cibindəki silaha çatdıra bilməyib. Begemot onu bir də buraxanda Pol sahilə doğru üzməyə çalışıb. Lakin quruya çatmazdan əvvəl ağzını geniş açıb yenə ona tərəf üzən begemotu görüb. Bələdçinin sözlərinə görə, bu tamaşanı ömrünün sonuna qədər xatırlayacaq.

Pol yenidən begemotun çənələri arasına düşüb. Dəqiqələrlə davam edən mübarizədən sonra bələdçilərdən biri köməyə çatıb və onu heyvanın dişləri arasından xilas edə bilib.

Yaralı Pol kanoeyə yüklənərək səkkiz saat müddətində xəstəxanaya aparılıb. Bir ay xəstəxana çarpayısında yatan bələdçi bir neçə ağır əməliyyat keçirib. Cərrahlar Polun həyatını xilas edə, həmçinin ayaqlarını və bir qolunu bərpa edə biliblər. Zimbabvedə, ardınca isə İngiltərədə fiziki terapiya kursundan sonra begemotla döyüşdə itirdiyi qolun yerinə ona protez taxılıb. O, yenidən normal həyatına qayıdıb.

Polun sözlərinə görə, Evansın cəsədi hadisədən üç gün sonra çayda tapılıb.

"Bədənində heç bir xəsarət yox idi: çox güman ki, o, sadəcə boğulub", - deyə Pol bildirib.

Qorxunc təcrübəyə baxmayaraq, Pol baş verənlərin "anomaliya" olduğunu iddia edir və hər kəsə safariyə getməyi tövsiyə edir.

"Əlbəttə, gedin, ancaq yalnız məlumatlı adamla birlikdə", - deyə Pol xəbərdarlıq edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1080   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 741
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 407
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 338
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 665
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 560
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 423
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 379
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.