Bakıda "sahibsiz" qalan yaşayış binaları - PROBLEM

Bakıda "sahibsiz" qalan yaşayış binaları - PROBLEMBakı və Abşerondakı yeni tikililərin idarəolunmasındakı boşluqlar bu sahədə ciddi problemlərə yol açır. MTK-lar və sakinlər arasındakı qarşıdurma "sahibsiz" qalan binalar problemini aktuallaşdırır. Bəs qanunvericiliyin bununla bağlı tələbləri necədir?

"Kaspi" qəzetinin araşdırmasına görə, Bakıda "sahibsiz" qalan yaşayış binalarının sayı artmaqdadır. Bina hazır olandan sonra təhvil verilən zaman idarəetməni həyata keçirən MTK-lar aylıq "kommunal haqqı" toplaya bilmədiklərini əsas gətirərək ondan imtina edirlər. Bir çox hallarda isə qanunvericiliyin tələbinə uyğun olaraq sakinlər öz aralarında binanın idarəolunması məsələsində razılaşa bilmirlər. Nəticədə bina "sahibsiz" qalır, problemlər isə həllini tapmır.

Sakinlər binaların idarəolunmasında iştirak etməlidir

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu sahədəki mövcud qanunvericilik effektivdir. Lazım olan ona əməl etməkdir: "Qanunvericiliyin məqsədi ondan ibarətdir ki, binanın idarəolunmasında sakinlər iştirak etsin. Amma təcrübə göstərir ki, sakinlərin binaların idarəedilməsində iştirak səviyyəsi yüksək deyil. Sakinlərin binaların idarəsində iştirakı onun üçün vacibdir ki, kommunal haqlarının müəyyənləşdirilməsi, toplanması və daha şəffaf xərclənməsini təmin edə bilsinlər. Təəssüf ki, əksər binalarda bu, müşahidə olunmur".

Bələdiyyə idarəetməni təşkilatlardan birinə verir

Binaların idarəedilməsi məsələləri üzrə ekspert Elxan Orucov bildirdi ki, bina sahibsiz qalanda işə bələdiyyə qarışmalıdır: "Əgər bina sahibsiz qalırsa, Mənzil Məcəlləsinin tələbinə görə yerli icra orqanı, rayon bələdiyyəsi həmin məsələyə müdaxilə edir. Sakinlərlə ümumi iclas keçirir, onlara 6 ay vaxt verir. Bu müddətdə idarəetmə təşkil olunmursa, yenidən iclas keçirilir və bələdiyyə məcburi olaraq həmin binanı öz öhdəliyinə götürür. Daha sonra tender, müsabiqə elan edir. Müsabiqədən sonra idarəetməni idarəedici təşkilatlardan birinə verir".

Bina sakinlərə sağlam vəziyyətdə təhvil verilməlidir

Ekspertin sözlərinə görə, bəzən günah MTK-larda olur: "MTK binanı sakinlərə verir, onlar idarə sistemi yaradır, real xərcləri hesabladıqda görürlər ki, binada maliyyə böhranı var. Ona görə idarə edə bilmirlər. Amma binanın infrastrukturu sağlam, texniki qurğuları yaxşı vəziyyətdə sakinlərə təhvil verilərsə, ola bilməz ki, sakinlər onu idarə edə bilməsin. Texniki qurğular sıradan çıxır, binanın infrastrukturu bərbad vəziyyətə düşür, MTK çıxıb gedir və ortada məsul bir şəxs olmur. Sakinlərdən dağılmış infrastrukturun qurulması üçün çox ciddi vəsait tələb olunur. İnsanların da bunu etməyə imkanı çatmır. Bu da vətəndaşın narazılığına gətirib çıxarır".

MTK-lar sakinlərə maneə yaradır

E.Orucov qeyd etdi ki, müəyyən hallarda bu məsələlərə müvafiq qurumların müdaxiləsinə ehtiyac yaranır: "Bəzən sakinlər cəmiyyət yaratmaq istəyir, amma MTK mane olur, icazə vermir. Ədliyyə Nazirliyinin Qeydiyyat, Notariat baş idarəsi məsələyə nəzarət etməlidir ki, ixtisaslaşmış istehlak kooperativləri formalaşsın. Qanunda düzəlişlər etməyə ehtiyac var".
MMMC-lərin 50 faizi fəaliyyət göstərmir

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, vətəndaşlar idarəetmə strukturu yaratsa da, çoxu fəaliyyət göstərmir: "Binada yaşayan sakinlər idarəetmə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) qurmalıdırlar. Bunun üçün İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinə müraciət etməlidirlər. Orada nizamnamə hazırlanıb, təsdiqlənir. Ədliyyə Nazirliyinə göndərilir və qeydiyyata alınırlar. Yığılan kommunal pullarla da binanı idarə edirlər. MMMC ictimai birlik tipli qurumdur və vergidən azaddır. Bakı və Abşeronda 2000-dən artıq çoxmənzilli yaşayış binası var. Amma qeydiyyatdan keçmiş MMMC-lərin sayı təqribən 250-300-dür. Onların da demək olar ki, 50 faizi fəaliyyət göstərmir".

Bir mənzil üçün 200 manat kommunal pulu

E.Fərzəliyev bildirdi ki, Bakı və Abşeron üzrə aylıq kommunal pullar əraziyə, binaya, evin kvadratına görə 20 qəpikdən 2 manata qədər dəyişir. Bəzi binalarda vətəndaş 100 kvadrat mənzilə 200 manat ödəyir.

Ekspertin fikrincə, bəzən sakinlər MMMC-ni qururlar, amma idarəetmədə çətinlik çəkirlər: "Bununla bağlı bir mərkəz də yoxdur ki, təlimlər keçsin, məsləhətlər versin. Binaları idarəedən şirkətlər də var. Vətəndaşlar belə vəziyyətdə onlara da müraciət edə bilərlər".

Yığılan pullar yalnız bugünkü xərcləri ödəyir

E.Fərzəliyevin sözlərinə görə, binalardan yığılan pullar yalnız onun bugünkü xərclərini - liftin, işığın, qazın, suyun pulu, zibillərin atılması, işçilərin maaşını ödəyə bilir: "Binalar vaxt keçdikcə istismar müddətini bitirir, problemlər yaranır, xərclər artır. Xarab olan hər şeyə görə də sakinlərdən yenidən pul yığılır. MMMC-lər yığdıqları puldan büdcə formalaşdırmalıdırlar ki, gələcəkdə baş verə biləcək xərcləri qarşılaya bilsinlər. Bu sahə hansısa rəsmi dövlət qurumunun nəzarətinə keçməlidir. Çünki ümumi idarəetmə qurumu yaranarsa, büdcəyə çox pul yığıldıqca, xərclər də azalacaq. İndi hər bina özü üçün usta briqadası, 2-3 xadimə saxlayır və az maaş verir. Bu işçilərin yüksək əməkhaqqı müqabilində bir yox, bir neçə binaya baxması daha effektlidir".

Şəhərin görünüşünə də mənfi təsir edir

Ekspert qeyd etdi ki, bu cür sahibsiz binalar şəhərin görünüşünə də mənfi təsir edir: "Şəhərdə xeyli yenitikilmiş bina var ki, 10-15 il əvvəl tikilib. İndi xarici görünüşü bərbad vəziyyətdədir. Fasadı, dam örtüyü, liftləri, həyəti baxımsızdır. Bu problemlər indi həllini tapmasa, bir neçə ildən sonra bunun üçün külli miqdarda pullar lazım olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1067   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 109
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 99
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 518
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 380
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 37
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 345
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 65
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 108
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 317
.