Məktəb bufetlərindəki TƏHLÜKƏ: Şagirdlərin zəhərlənməsində müqəssir kimdir?
Bakının mərkəzində yerləşən tanınmış məktəblərdən birində uşaqlar kütləvi şəkildə qidadan zəhərləniblər. Bu, o deməkdir ki, məktəb bufetlərindən istifadə edən şagirdlər üçün hər an potensial təhlükə var.
Adətən, məktəb bufetlərindən hazır yeməklər deyil, şirniyyat və s. alanlar da məhsulların köhnə, bəzən kif atmış olduğunu deyirlər. Əksər valideynlər bildirir ki, uşaqlarına məktəb bufeltərindən istifadə etməməklə bağlı tənbeh etsələr də, uşaqlar istədikləri üçün məcbur qalıb alırlar.
Qeyd edək ki, bufetlərdə qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət etməlidir. Ekspertlər isə problemin sadəcə monitorinqlə bitmədiyini deyirlər.
Qida məhsulları mühəndisi Ağa Salamov Bizim.media-ya açıqlamasında məktəb bufetlərindəki vəziyyətin ürəkaçan olmadığını bildirib:
"Qidaların təhlükəsizliyi ilə bağlı səlahiyyətli qurum yoxlama apara və həmin müddətdə problem aşkarlanmaya bilər. Amma qida elə bir şeydir ki, bir neçə saatın içində vəziyyət mənfiyə doğru dəyişə bilər. Ona görə də bufetlərdə qida haqqında məlumatlı olan, qida ilə necə davranmalı olduğunu bilən şəxslər çalışmalıdırlar. Deyək ki, monitorinq aparan ekspertlər gəlirlər və öz tövsiyələrini verirlər. Çalışanlar onların dediklərini nəzərə almırlar, quru söz hesab edir və öz doğru bildikləri yanlışları ilə uşaqları zəhərləyirlər".
Mütəxəssis bildirib ki, zəhərlənmə məkanda bişirilən yeməkdən olursa, çarpaz çirklənmədən, eləcə də bir çox səbəblərdən ola bilər:
"Bəzən belə olur ki, mal əti doğranan taxtanı yumadan üzərində toyuq əti də doğrayırlar. Qidaya əllə təmas olur. Mikrobioloji çirklənməyə məruz qalan ətə əlini vuran insan digər ərzaqları da əli ilə çirkləndirir. Çarpaz çirklənmə saxlanma şəraiti düzgün olmayan riskli qida məhsullarında da ola bilər. Toyuğu bişirir və otaq temperaturunda saatlarla saxlayırlar. 3 saatdan sonra artıq mikrobioloji çirklənməyə məruz qalır və insanı zəhərləyə bilir. Kənardan gətirilən qidalara gəlincə isə, əgər "keyterinq" (qida hazırlayıb çatdıran) şirkətinin xidmətindən istifadə olunursa, burada daha incə məqamlar nəzərə alınmalıdır. Onlar salatları soyuq, isti məhsulları isə isti dolablarda göndərməlidirlər. Saatlarla tıxacda qalıb mikrobioloji çirklənməyə məruz qalan ət və s. gətirirlərsə, artıq zəhərlənmə riski var.
Tutaq ki, şirkətin qidanı daşımaqla bağlı bütün şəraiti var. Bəs məktəb bufetlərində vəziyyət necədir? Onlar yeməkləri müəyyən olunmuş temperaturda saxlaya bilirlərmi?
İsti yeməklər istifadə olunana qədər 85 dərəcə istilikdə qalmalıdır. Bufetin isti dolabı varmı, varsa belə şorba, yuxarı hissəsi soyuyaraq təhlükə yaratmasın, deyə tez-tez qarışdırılırmı? Bunlar hamısı sual doğuran, müzakirə mövzusu olacaq məqamlardır".
Müsahib bildirib ki, sadaladığı məqamlara diqqət olunmaması qidalarla bağlı məlumatsızlıqdan irəli gəlir.
Ağa Salamovun sözlərinə görə, təhsil ocaqlarında olan bufetlərdə mütləq təhsilli və peşəkar aşpazlar işə götürülməlidir. Onlar işə götürüləndə isə AQTA tərəfindən test olunmalıdırlar:
"Onlara təlimlər keçirilməlidir. Bu cür yerlərdə işini bilən insanların çalışması AQTA üçün də rahat olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 961 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 76 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 312 Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir
"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri
11:54 0 "Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
10:43 168 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 314 Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik
Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini
05.11.2026 335 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 350 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 329 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 317