Çərəzlərin istehlakı zamanı bu qaydalara əməl olunması vacibdir

Çərəzlərin istehlakı zamanı bu qaydalara əməl olunması vacibdirNovruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını qarşılayır. Eyni zamanda, beynin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.

BiG.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşalrının hazırladığı elmi məqalədə bəhs olunur.

Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Qoz, fındıq, badam, fıstıq, iydə və innab kimi çərəzlər miqdarına diqqət edilməklə, gün ərzində istehlak oluna bilər.

Qoz yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Bu, orqanizmin ehtiyacı olan bitki tərkibli Omega-3 yağ turşusunu təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, xolesterolun səviyyəsinin və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif və proteinin sayəsində Alzheymer xəstəliyinin və şəkərli diabetin yaranmasını ləngidir. Stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda, sümüklərin güclənməsini və dəri hüceyrələrinin daha cavan qalmasını təmin edir.

Fındıq insan orqanizmi üçün olduqca faydalıdır. Fındığın tərkibi zülallarla, karbohidratlarla, doymamış yağlarla, E və B qrupu vitaminlərlə, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 faizi insan orqanizmi üçün faydalı olan doymamış turşular olan olein və linolindən ibarətdir. Bu çərəz immun sistemini gücləndirir, diabet riskini azaldır, eləcə də sinir sistemi üçün faydalıdır və xərçəngə qarşı orqanizmi qoruyur. Fındıq bağırsaq üçün də çox faydalıdır. Eyni zamanda tərkibindəki liflər və vitaminlər əzələləri gücləndirir, hüceyrələri yaşlanmaya qarşı qoruyur, insanda toxluq hissini artırır. Fındığın tərkibi triptofan və izoleysin amin turşuları ilə zəngin olduğu üçün beynin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır.

Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla, 2 növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat və əczaçılıq sənayesində istifadə edilir. Son zamanlar qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ kimi istifadə edilir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac vaxtı istehlakı tövsiyə olunur.

Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə olduqca zəngindir. Bu çərəz həzm prosesinin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sisteminin gücləndirilməsi və qanazlığı üçün faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyi üçün uşaqlar tərəfindən də istehlakı tövsiyə olunur.

İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. İydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyaları üçün faydalıdır.

Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Bu qidanı diabet xəstələrinə də məsləhət görürlər. İnnab böyrək və tənəffüs orqanları xəstəlikləri üçün də faydalıdır. Uşaqların da innabdan istifadə etməsi tövsiyə olunur.

Çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Çünki çərəzlər qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.

Çərəzləri alarkən xarici görünüşə və məhsulun satışa qədər düzgün saxlanılıb-saxlanılmamasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun olmayan qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmamasının və sağlamlıq üçün təhlükəli olmasının göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 22 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nuridə Məmmədova vəzifəsindən azad olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. BİG.AZ "Report"a istinadla xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub. Belə ki, o, öz istəy

03.08.2026 357
.

Kəsilmiş pomidoru necə saxlamaq olar? - hamı bu səhvə yol verir

Yay mövsümündə yetişən şirəli pomidorların dadını və təravətini mümkün qədər uzun müddət qorumaq üçün onları düzgün seçmək və saxlamaq vacibdir. -ın xarici mediaya istinadən xəbərinə görə, fermer Mett Hau pomidorun həm alış zamanı, həm də sonradan necə saxlanmalı olduğunu izah edib. Mütəxəssis bildiri

03.08.2026 245
.

İran ABŞ-ı hədələdi: Dəniz blokadası davam edərsə...

ABŞ-ın dəniz blokadasını davam etdirməsi halında İran Amerika hərbi gəmiləri üçün ciddi təhlükə yaradacağını bəyan edib. xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi SNN telekanalına müsahibəsində danışıb. "Əgər ABŞ dəniz blokadasını davam etdirərsə

11:23 119
.

Tanış olmaq adı ilə kişini soydu - BAKIDA KURYOZ OĞURLUQ

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat, bank kartları və şəxsi sənədləri olan pul kisəsinin talandığını bildirib. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhku

03.08.2026 309
.

Britaniya sahillərində qeyri-adi mənzərə: Minlərlə mavi canlı

Böyük Britaniyanın Kambriya sahillərində yerləşən çimərliklərə minlərlə mavi, meduzaya bənzər dəniz canlısı çıxıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Yerli sakin Luiz Nikolson bildirib ki, əvvəlcə sirli canlıları dəniz yosunu hesab edib və hətta onlardan birini götürmək istəyib. "Onla

11:56 123
.

Şahbuzda 3 ballıq zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə

12:46 78
.

Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?

Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr

03.08.2026 360
.

Yeni anbar tarixi izləri su altında qoyacaqdı, amma - Son anda edilən kəşf

Anqolada (Afrika) Kuanza çayı üzərində ölkənin ən böyük su elektrik stansiyası olacaq Kakulo Kabaşa layihəsinin tikintisi zamanı arxeoloqlar mühüm tarixi kəşfə imza atıblar. Qaynarinfo xəbər verir ki, "Interia GeekWeek" nəşrinin yazdığına görə, bənd və gələcək su anbarının yerləşəcəyi ərazid

03.08.2026 245
.

Ronaldo ilə Corcina Rodrigesin toyunun keçiriləcəyi tarix və məkan açıqlandı

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun yaxın günlərdə uzun illərdir birlikdə olduğu Corcina Rodrigeslə evlənəcəyi iddia olunur. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 41 yaşlı Ronaldo və 32 yaşlı Corcina nikah mərasimini futbolçunu

03.08.2026 395
.

TOP MP3