BMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTO

BMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTOMartın 17-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Mədəniyyət üzrə Qırmızı Mühafizə Mərkəzində Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nümayəndələri və "Simurq" Azərbaycan gəncləri Birliyi tərəfindən Milli Mədəniyyət Diasporaları və onların həmvətənləri üçün Novruz bayramı münasibəti ilə konsert təşkil olunub.

BiG.AZ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının milli himnlərinin səslənməsi ilə başlayıb.

Bayram konsertində rus, özbək, tacik, türkmən, Azərbaycan, Dağıstan xalqlarının nümayəndələri iştirak ediblər.

Mərkəzin direktoru Eldar Əlizadə, sədr Nicat Bayramlı, Gənclər sədri Fuad Məmmədov qonaqlara müraciət edərək hamını salamlayıblar.

Xüsusi qonaqlar sırasında Azərbaycan Respublikasının Humanitar məsələləri üzrə konsulu Rəhimzadə Rəhim, ümummilli münasibətlər üzrə baş mütəxəssis Açkasov Aleksey Valeryeviç, Sankt-Peterburqda insan hüquqları üzrə məsləhətçi Şarıqin Konstantin Yevgenyeviç, Sankt-Peterburq Gənclər Parlamentinin nümayəndəsi Andrey Tereşenko, Siyasi Elmlər namizədi Babək Əsədov olublar.

Rəngarəng konsert proqramına milli mahnı və rəqslər daxil olub.

Solistlər arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda isə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət konservatoriyasının vokal ixtisası üzrə birinci kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov da iştirak edib. Onun ifasında səslənən M.Maqomayevin "Azərbaycan" əsəri böyük marağa səbəb olub.

Digər ifaçılar Mədinə Abbasova, Fəridə Qasımova, İslam Səmədov, Yelizaveta Bıkova, Gözəl Avqanova və "Xarı bülbül" folklor qrupu tərəfindən təqdim olunan müxtəlif milli mahnı və rəqslər gecəni daha da zənginləşdirib.

Tədbirin sonunda milli yeməklər təqdim olunub.

Qeyd edək ki, ən gənc qonaqlar üçün Novruzun əsas personajları – Kosa, Keçəl və Bahar qız ilə xüsusi oyun proqramı təşkil olunub.

BMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTOBMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTOBMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTOBMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTOAytən İbrahimova


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1077   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müalicə effekt vermir" - Elcana nə olub?

Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə məlumat yayıb. "Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün də yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Üzrlü sayın, danışa bilmirəm deyə heç kimə cavab vermirəm. "Sənə n

16.05.2026 340
.

İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ

Türk müsiqisinin imperatoru sayılan İbrahim Tatlısesin yeni mahnısı işıq üzü görüb. "Baboş" adlanan mahnının klipi süni intellekt vasitəsi ilə çəkilib. Xatırladaq ki, yaxınlarda Tatlıses səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilməyi ilə gündəmə gəlmişdi

10.05.2026 422
.

"Maşın sürmürlər, telefonla oynayırlar"

Müğənni Ayaz Qasımov bəzi sürücülərdən şikayət edib. Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" proqramına gedərkən tıxacda qalmasından danışıb. O bildirib ki, bəzi sürücülər maşın sürərkən telefonla oynayırlar:. "Şəhərdə dəhşət tıxac var. Bir şeyə baxıram ki, sürə bilməyən sürücülə

16.05.2026 208
.

"Heç sizi sevmirəm" - Pis rəy yazanları paylaşdı

Aparıcı İlkin Həsəni sosial şəbəkədə ona yazılan mənfi rəyləri paylaşıb. Axşam.az xəbər verir ki, izləyicilərdən biri ona "Heç yoldaşı İlkinə yaraşmır", digəri isə "Heç sizi sevmirəm" rəyini yazıb. İlkin həmin şərhləri yazan istifadəçilərin adlarını nümayiş etdirib. Qeyd edək ki

16.05.2026 181
.

"Eşref Rüya" ilə bağlı gözlənilməz qərar

"Eşref Rüya" serialı ilə bağlı final qərarı verilib. Axşam.az xəbər verir ki, 3-cü mövsüm planları ləğv edilən ekran işi 3 bölümdən sonra tamaşaçılarla vidalaşacaq. İddialara əsasən, bu qərarın əsas səbəbləri arasında ssenarinin tükənməsi, reytinqlərin aşağı düşməsi və baş rol ifaçısı Çağata

16.05.2026 207
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

İllər öncə ailə quraraq səhnədən gedən müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. Onun mini geyimdə olan paylaşımı izləyicilərin marağına səbəb olub. Ayselin görünüşünə xoş sözlər ünvanlayıblar. Qeyd edə

10.05.2026 801
.

"Şerlok Holms"un dostu "Vatson" vəfat edib

Məşhur "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu ilə tanınan britaniyalı aktyor Devid Byork 92 yaşında vəfat edib. -ın xəbərinə görə, bu barədə "The Sun" nəşri aktyorun agentinə istinadən məlumat verib. Aktyorun ölüm səbəbi onun nümayəndələri tərəfində

16.05.2026 171
.

"Alya"nın toyu olacaq

Türkiyəli aktrisa Sinem Ünsal ərə getməyə hazırlaşır. Axşam.az xəbər verir ki, o, həmkarı Berk Cankatla ailə quracaq. Cütlük bu yay nikah masasına əyləşəcək. Qeyd edək ki, Sinem Ünsal hazırda "Uzak şehir" serialında "Alya" obrazını canlandırır

17.05.2026 275
.

Festivalda müğənnilərin tərzi ona həvalə edildi

Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Axşam.az-ın məlumatına görə, bir çox sənət adamı tədbirdə səhnəyə çıxıb. Festivalın ifaçı qonaqlarının səhnə tərzi stilist Elnur Həsənova həvalə edilib

16.05.2026 172
.

TOP MP3