Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdi

Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiBiG.AZ Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər haqqında on maraqlı faktı təqdim edir.

Tahir Əkbər 34 yaşına qədər Özbəkistanda yaşayıb. O, Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verib.

İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.

***

"Gecə yağışı" mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyir: "Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm: "Məni gözləmə, əlvida..." Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: "Rəsmiyyə, gəl bunun adını "Gecə yağışı" qoyaq".

Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də, efirə verilmirdi. Bəstəkarlar İttifaqı tərəfindən adı Prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da, rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb. Qızı Bəhriyə müsahibələrinin birində deyir:

"Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi".

Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi ikiotaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ikiotaqlı mənzili satıb birotaqlı mənzilə köçüb.

***

Doğum günü 20 yanvarda olduğu üçün 1990-cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.

Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermir. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarır.

***

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir: "Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul..."

Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalır. Onun bu vəziyyəti həkimləri heyrətə gətirir. Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastropoviç öz repertuarına salaraq, dünyanın böyük konsert salonlarında ifa edir.

***

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti bu olub: "Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun".

2018-ci il, martın 2-də vəfat edən 72 yaşlı Tahir Əkbər Fəxri Xiyabanların heç birində dəfn olunmur. Ona "Qurd Qapısı"ndakı zibilliyin yanında məzar yeri ayrılır. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib. Həmin ərəfədə Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyirlər. Bildirirlər ki, icazə verin, biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmur.

Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiMahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiMahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiMahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiMahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdiMahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdi


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1323   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu

26.09.2026 287
.

Aysel Teymurzadə belə dincəlir - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb

27.09.2026 1428
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 429
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 825
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 343
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 227
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 294
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 274
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18.09.2026 465
.