Bakıda ŞOK: Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı, sonda da...

Bakıda ŞOK: Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı, sonda da...Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1982-ci il təvəllüdlü Gülnarı (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 15 iyul 2022-ci ildə Binə qəsəbəsi, "Bakavtamot" yolu ərazisində baş verib.

Qədir həmin gün, təxminən saat 19 radələrində əvvəllər ailəsi ilə birlikdə yaşadığı "Bakavtamot" yolu ərazisindəki evinin yaxınlığında, 2018-ci ildə rəsmən boşandığı keçmiş arvadı Gülnar və bu nikahdan olan övladı, 2008-ci il Güneli görüb.

Qədir onların keçmiş hasar qonşusu Vidadiyə məxsus evin həyətinə daxil olduqlarını müəyyən edib. O, həmin həyətdə olan arvadına xəbər göndərib və qızı Güneli görmək istədiyini bildirib.

Keçmiş arvadından rədd cavabı aldıqda onu öldürmək qərarına gəlib.

Qədir dəvət edilmədiyi halda həmin həyətə girib. Bıçaqla Gülnara 16 zərbə vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

"Görüşməyə imkan vermirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədirin sözlərinə görə, Gülnarla 2018-ci ildə boşanıb: "Sonra barışdıq və birlikdə yaşadıq. Bir müddət keçmiş yenidən ayrıldıq. Hadisədən 11 ay əvvəl Gülnarla ayrıldım, o, rayona atasının yaşadığı evə getdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verməmişdən 10 gün əvvəl Binə qəsəbəsində yaşayan Vəli adlı qonşusuna səhvən zəng vurub: "Ondan övladlarımı görüb-görmədiyini soruşdum. Vəli də övladlarımın qonşu uşaqları ilə birlikdə məhəllədə hər gün oynadıqlarını, lakin harada yaşadıqlarınıb bilmədiyini dedi. Son zamanlar Gülnar mənə uşaqlarımla görüşməyə imkan vermirdi".

"Qadınlar üstümə gəldilər"

Qədir qeyd edib ki, iyulun 15-də saat 18 radələrində Vasif adlı şəxsdən pul borcunu almaq üçün Vəlinin yaşadığı məhəlləyə gedib:

"Küçədən keçəndə Gülnarın qızım Günellə birlikdə Vidadi adlı qonşunun həyətinə girdiyini gördüm. Vəliyə zəng edərək çağırdım və Vidadigildən Güneli çağırmasını, qızımı görmək istədiyimi dedim. Vidadigilə gedən Vəli bir qədər sonra geri qayıtdı və mənə Gülnarın "polis çağıracam, buranı tərk etsin, uşağı göstərmirəm" dediyini bildirdi. Bu sözdən halım dəyişdi. Çünki Gülnar məndən bir neçə dəfə polisə şikayət etmişdi.

Vəli və Vasif bir az irəli getdi. Mən isə Vidadigilin həyətinə girdim. Gülnarı görəndə həyəcandan özümdən çıxdım. Həmin vaxt qadınlar da orada idi. Qadınlar üstümə gəldikdə özümü itirdim.

Lakin sonra nə baş verdiyini, Gülnara neçə bıçaq vurmağımı xatırlamadım. Qızımın yanımda olmasına belə fikir vermədim. Bir də özümə gələndə maşına oturduğumu, üstümün qan olduğunu gördüm. Qardaşıma zəng vurdum və məsələni dedim. Qardaşım məni evlərinə apardı, polisə zəng vurdu. Polisə təslim oldum".

Təqsirləndirilən şəxs qeyd edib ki, maşında olan bıçağı bir neçə ay əvvəldən qaynı Sadiqin onu dəfələrlə hədələlədiyi üçün maşında saxlayərmış.

Bildirib ki, Gülnarı öldürməyə getməyib, özünün psixi pozuntuları olub, bununla bağlı bir neçə dəfə xəstəxanada müalicə alıb.

"Döyməyəcəyini söyləsə də, əməl etmədi"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun atasının sözlərinə görə, təqsirləndirilən şəxs onun uzaq qohumudur: "Qədir qızımla 2003-cü ildə ailə həyatı qurdu və ayrıldı. Mənə polis bölmələrinə getməkdən bezdiklərini dedi. Qızım evli olduğu zaman dəfələrlə döyülürdü. Qədir qızımı hər dəfə döyəndə, Gülnar döyülməyini bizə bildirib. 6 il əvvəl Qədir özü mənə yazılı iltizam verərək Gülnarı döyməyəcəyini söyləsə də, yenə eyni əmələ davam etdi".

"Qızıma cəhənnəmi yaşadıb"

Hüquqi varis qeyd edib ki, evli olduqları zaman Qədir Gülnarı dəfələrlə öldürmək istəyib: "Bir dəfə yaşadıqları evin zirzəmisinə ilan buraxaraq Gülnarı bu yolla öldürmək istəmişdi. Daha sonra avtomobil qəzasına salaraq öldürmək istədi. 2017-ci ildə xaricə getmək adı ilə aldadaraq Gülnara boşanma ərizəsi yazdırdı və daha sonra Lerik rayon Məhkəməsinin qərarı ilə boşandılar.

Qədir sonra yenə birlikdə yaşamağı təklif etdi və boşanandan sonra 1 il birlikdə yaşadılar. Onu da Qədir aliment verməmək üçün etmişdi. O, qızımın başına çox müsibətlər gətirib, qızıma cəhənnəmi yaşadıb".

Hüquqi varis bildirib ki, avqustun 27-də Xəzər rayon Polis İdarəsinə şikayət ediblər: "Lakin polis bölməsində işə xitam verildi. Qədir öz dini məzhəbini dəyişmişdi və qızımı da dini məzhəbini dəyişməyə məcbur etmişdi. Hadisə günü Lerik rayonunun kəndində oluşam. Oğlum mənə zəng edərək Qədirin Gülnarı öldürdüyünü dedi. Mən də Bakı şəhərinə gəldim".

"Məni və qardaşımı da döyürdü"

Şahid qismində ifadə verən təqsirləndirilən və zərərçəkmiş şəxsin qızı Günelin sözlərinə anası ilə atası boşanmamışdan əvvəl onlar Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayıblar: "Həmin ünvanda yaşadığımız zamanlarda anamla atam arasında dəfələrlə mübahisə, münaqişə olub. Atam anamı döyürdü. Mən və qardaşım araya girdikdə atam bizi də vururdu. Çox xırda səbəblərə görə mübahisə yaradır, qan-qaraçılıq salırdı. Mənimlə və qardaşımla da acı danışırdı".

"Kəndiri anamın boynuna dolayıb küçədə gəzdirəcəyini dedi"

Günelin ifadəsinə görə, 2021-ci ilin avqustun 17-də evdə yenə atası ilə anası arasında mübahisə olub: "Atam yenə də anamı təhqir etdi və döydü. Atam qardaşıma kəndir tapmasını, guya həmin kəndiri anamın boynuna dolayıb küçədə gəzdirəcəyini dedi.

Dayıma zəng etdim və bizi atamızın əlindən qurtarmasını xahiş etdim. Dayım da bizi götürərək Mərdəkan qəsəbəsində yerləşən evlərinə apardı. Təxminən 20 gün dayımgildə qaldıq.

Sonra dayım atama zəng etdi və uşaqları gətirmək istədiyini bildirdi. Atam da dayıma "mənə elə ailə, elə uşaqlar lazım deyil" dedi. Daha sonra babamız Bakı şəhərinə gələrək bizi yaşadıqları Lerik rayonuna apardı. Təxminən 9 ay müddətində həmin kənddə baba-nənəmlə birlikdə yaşadıq".

"Statusunda "çarəni tapmışam" deyə yazıb"

Günel bildirib ki, anası maddi vəziyyətləri ilə bağlı pul qazanmaq məqsədilə iyunun 15-də onları da götürərək Bakı şəhərinə gəlib:

"Binə qəsəbəsində kirayə ev tutduq, orada yaşamağa başladıq. Atam kirayə tutduğumuz evin yerini bilmirdi. Biz kənddə qaldığımızı 9 ay müddətində cəmi bir dəfə kəndə gəlmişdi. Həyətə gələndə atamın əlində kiçik qab vardı. Qabın içərisinə "kislota" məhlulunun olduğunu bildik. Çünki həmin hadisədən əvvəl atam dayıma "bacının sifətinə "kislota" atacağam" deyə mesaj yazmışdı.

Bundan əlavə, atam həmin vaxt öz statusunda "çarəni tapmışam, "kislota" deyə yazıbmış. Əlində "kislota" kəndə, yaşadığlmız evə gəldiyi vaxt anam evdə olmadığına görə niyyətinə çata bilmədi və getdi".

"Qədir buralardadır, bizi izləyir"

Günel deyib ki, iyulun 15-də, təxminən saat 19-20 radələrində anası ilə birlikdə çörək və aptekdən dərman almaq üçün evdən çıxıb:

"Qardaşım evdə tək qaldı. Yaşadığımız ev əvvəl Binə qəsəbəsində atamla birlikdə qaldığımız, sonradan isə atamın satdığı evin yaxınlığında idi.

Köhnə qaldığımız evin qonşuluğunda yaşayanlarla anam çox mehriban idi, anamın xətrini bütün qonşular çox istəyirdilər. Aptekə getdiyimiz vaxt atamın qohumu Şirvanı gördük. Şirvan bizi gördükdə dərhal mobil telefonunu çıxardı və kimə isə zəng etdi. Mən və anam Şirvanın bizi görüb atama məlumat verməsindən şübhələndik. Aptekin yanına çatanda atamı özünə məxsus "Mercedes" markalı maşından düşən gördük.

Biz aptekə getmədik. Atamı gözündən yayınmaq üçün çörək almaq məqsədilə dükana getməyə qərar verdik. Atam bizi izləyirdi. İti addımlarla köhnə yaşadığımız məhləyə yollandıq. Tez köhnə qonşumuz Vidadigilin həyətinə daxil olduq. Həyətdə bizi Vidadinin arvadı qarşıladı. Anam ona "Qədir buralardadır, bizi izləyir, ona görə də buraya gəldim ki, bizi tapa bilməsin" dedi".

"Məni də bıçaqlayacağından qorxdum"

Günelin sözlərinə görə, onlar pilləkənlərdə oturublar: "Anam keçmiş evimizin hasarından boylanan, adını bilmədiyim xanımla söhbət etdi. Keçmiş qonşumuz Vəli arvadı ilə birlikdə Vidadigilin həyətinə gəldi. Daha sonra Vidadi mənə tərəf gələrək "gəl, çöldə atanla görüş" dedi. Atamla görüşmək istəmədiyimi bildirdim. Vəli getsə də, arvadı həyətdə bizimlə birlikdə qaldı.

Təxminən 10 dəqiqə sonra həyət darvazasını tanımadığım bir kişi açaraq həyətə boylandı və Vidadinin evdə olub-olmadığını soruşdu. Arvadı Vidadinin evdə olmadığını dedi. Təxminən 2-3 dəqiqə sonra atam həyətə daxil oldu. Onun iri addımlarla anamın üzərinə gəldiyini gördüm. Qorxub pilləkənlərlə yuxarı qalxmağa başladıq. İlk öncə anam evə daxil oldu. Qapını bağlamaq istəsə də, atam buna imkan vermədi. Var gücü ilə qapını açmaq istədi.

Atamın qapını aça bilməməsi üçün onu eyvana tərəfə itələdim. Lakin ona gücüm çatmadı. Atam qapını açaraq içəri daxil oldu. Mən də arxasınca evə keçdim. Həyəcanlı olduğumdan ev sahibinin içəridə harada dayanması yadımda qalmayıb.

Atam içəri daxil olduqdan sonra onun əlində bıçaq gördüm. Bıçaqla anama zərbələr vurdu. Anam yalnız qışqırırdı. Mən də həyəcanlı olduğum və qorxduğum üçün ona qoşularaq qışqırdım. Atamın nə qədər bıçaq zərbəsi vurduğunu xatırlamamıram.

Atamın məni də bıçaqlayacağından qorxdum və onu kənara itələdim. Bıçaq sağ əlimin üzərini kəsdi. Atam sonuncu dəfə bıçağı anamın bud nahiyəsinə sancdı. Bıçaq anamın bud nahiyəsində sancılmış vəziyyətdə qaldı".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Qədir 18 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 20 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 157
.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

13:41 219
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

19:10 156
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

14:56 227
.

İlham Namiq Kamal xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Xalq artisti İlham Namiq Kamal 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədən danışıb və Ali Baş Komandanı, hərbçilər

12:20 194
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

17:30 183
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

14:54 167
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

21:15 12
.

Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır

Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi

14:44 162
.