Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO

Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTOMilli adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramına 2 gün qalır. Novruz bayramı bayram fəslinin müjdəçisi və simvoludur. Hər il olduğu kimi bu il də məşhurların bayramı harada keçirəcəkləri maraq doğurur.

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.

Əməkdar artist Xumar Qədimova başqa bir ölkədə rahatlıq tapmayacağını ifadə edib:

Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO"Bayramı evdə ailəmlə keçirəcəyəm. Başqa harada keçirə bilərəm? Doğmalarımla keçirəcəyəm. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruzu başqa ölkədə keçirsək, çox gülünc olar. Xaricə getməyə ehtiyac yoxdur. Ən gözəl ölkə elə Azərbaycandır. Öz doğma bayramımızı doğma vətəndə keçirməliyik. Özü də plov yeyə-yeyə".

X.Qədimova bayramda tədbirlərdə olmayacağını söyləyib:

"Bayramı evdə keçirərlər. Tədbirdə olmayacağam. Digər şəhərlərə getməyə ehtiyac yoxdur. Başqa heç bir yerdə rahatlıq tapa bilmərik. Ən rahat yer evimizdir".

Əməkdar artist Nahidə Orucova isə Bakıdan kənara çıxa bilməyəcəyi üçün təəssüflənib:

Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO"Bayramı hər il olduğu kimi bu il də orada-burada qarşılayacağam. Bayram çəkilişlərində olacağam. Bizim həyatımız budur. Evdən, ailədən məhrum insanlarıq. Bakıdan kənara çox istəyərdim ki, çıxım. Lakin imkan yoxdur".
Aktrisa Çimnaz Sultanova qeyd edib ki, hər il evdə olur ki, 7 il ailədən didərgin düşməsin:

Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO"Bayramı evdə keçirəcəyəm. Bu, mənim üçün ən əziz bayramdır. Ailəmlə olacağam. Belə bir inanc var ki, kim Novruzu evdə keçirməsə, 7 il ailəsindən didərgin düşəcək. Bacardığım qədər hər il bayramı ailəmlə birlikdə keçirirəm. Çünki bu, mənim üçün çox önəmlidir".

Ç.Sultanova bayram üçün ata ocağına toplaşdıqlarını əlavə edib:

"Mən bakılıyam. Bakının kəndlərində bayram martın 21-də qeyd olunur. Martın 20-si bayram axşamı kimi yığışırıq. Hər il ata yurduna toplaşırıq. Dünyanın harasında oluruqsa, bayramda ata evinə toplaşırıq. Bu bayramı xüsusi qeyd edirik. Başqa bir şəhərə, rayona getmirəm. Ancaq öz doğma yurdumuzda, ata ocağımızda bayramı qarşılayıram".

Müğənni Ayaz Babayev Novruzda hər il papaq atdığını söyləyib:

Sənətçilərin bayram ab-havası: "Novruzda evdə oluram ki, yeddi il ailəmdən didərgin düşməyim" - Sorğu + FOTO"İllərdir ki, bayramda səhnədə oluram. Səhnədən sonra ailəmlə süfrə masasında olmaq adət halını alıb. Sonra dostlarımla görüşəcəyəm. Maraqlı məqam odur ki, 10 ildir mən papaq atıram. Elə bir bayram yoxdur ki, mən papaq atmayım. Novruzu çox sevirəm. Milli adət-ənənələrimizi özündə əks etdirən ən gözəl bayramdır. Tonqal ətrafına toplaşacağıq. Novruzun adət - ənənələrini çox sevirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1224   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27.09.2026 352
.

"Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd

27.09.2026 270
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 830
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 299
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 386
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 550
.

"Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu

26.09.2026 290
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 856
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 304
.