Leyla Şıxlinskaya illər sonra sirləri açdı

Leyla Şıxlinskaya illər sonra sirləri açdı"Gün keçdi", "Dədə qorqud", "Arşın mal alan" kimi filmlərin ulduzu, Xalq artisti Leyla Şıxlinskaya uzun müddət sonra ekranlarda görünüb.

OLAY yazır ki, bir neçə gün əvvəl "ATV səhər" verilişi ustad aktrisanın evində qonaq olub. L. Şıxlinskaya müsahibəsində illər əvvələ qayıdaraq tərəf müqabilləri barədə sirlər açıb:

"Tez-tez olmasa da, kinoya çəkilməyə dəvət edirlər. Bəziləri düşünürlər ki, mən birdəfəlik Moskvaya köçmüşəm. Səhvdir. Mövzu kinoya gələndə hər an hazıram. Kimsə çəkmək istəsə, zəng edib dəvət etsə, təyyarəyə minib buraya uçaram. Başqa məşğuliyyətim yoxdur, sərbəst insanam. Sadəcə yaxşı ssenari yazılmır. Soruşanda ki, niyə yoxdur? Deyirlər, Leyla xanım, sifariş vermək lazımdır. Bunlar da hamısı puldur. Hər şeyi maddiyyata bağlayırlar.

Leyla Şıxlinskaya illər sonra sirləri açdıDüşünmürəm ki, Anar Rzayev, Arif Babayev, Rasim İsmayılov "Gün keçdi" kimi bir filmi çəkəndə belə dəhşətli pullar lazım olub. Sadəcə onu deyə bilərəm ki, "Gün keçdi", "Dədə qorqud", "Arşın mal alan" kimi filmlərdən sonra zəif kinolara çəkilməyə haqqım yoxdur. Maraqlı süjet, ssenari olsa, böyük məmnuniyyətlə istəyərdim".

Leyla Şıxlinskaya illər sonra sirləri açdıL. Şıxlinskaya söyləyib ki, "Gün keçdi" filmində ondan əvvəl Xalq artisti Şəfiqə Məmmədovanın oynaması planlaşdırılıb:

""Gün keçdi"də bir səhnə çəkilməli idi. Onuncu sinif şagirdi, dikdaban ayaqqabıda klas-klas oynamalı idi. O səhnə alınmadı. Şəfiqə xanım çox gözəgəlimli, gözəl, çəkici qadın idi. Amma düşünürəm ki, 10-cu sinif şagird roluna uyğun gəlmirdi. Anar mənim bu filmə çəkilməyimi istəmirdi. Onu anlayıram. Bu layihəyə qədər ancaq "Arşın mal alan"da sakit bir qız rolunda çəkilmişdim. Kino çəkildi, bitdi, Anar məndən üzr istədi. Dedi, Leyla, bağışla ki, tərəddüd etdim. Sağ ol ki, belə uğurlu film alındı. Yaşım az olduğu üçün bəlkə də təbii oldu. Çünki mən orada özümü oynayırdım, həyatda necəydimsə, filmdə də elə idim".

Leyla Şıxlinskaya illər sonra sirləri açdıXalq artisti mərhum həmkarı və tərəf müqabili Həsən Məmmədovun "Gün keçdi"də imtina etdiyi səhnələrdən söz açıb:

"Ən erotik səhnə çox gülməliydi. Qız pərdənin yanında dayanıb, oğlan ona yaxınlaşır, qız deyir ki, buna görə gəlmədim. Həsən əllərini çiynimə qoymalıydı. Hər kəsi oradan çıxardı, dedi ki, tək operatorlar qalsın. Söylədik ki, ay Həsən, nə edirsən? O, çox sakit, tərbiyəli adam idi. Söylədi ki, onda çəkilə bilməz, dublyor oynasın. İri planda da necə dublyor çəkilsin. O, əlini çiynimə qoymalı, mən də çevrilib sözümü deməliydim. Çəkiləndə dedim ki, əlini çiynimə qoy da. Dedi, qoymuşam, elə bil kəpənək qonmuşdu. Mən paltarın üzərindən onun əlini çiynimə qoyduğunu da hiss etməmişdim. Həsən kinomuz, yaxınları, dostları üçün böyük itki idi".

Leyla Şıxlinskaya illər sonra sirləri açdıŞıxlinskaya sonda Xalq artisti Rasim Balayevlə "Dədə qorqud" filmindəki maraqlı xatirələrindən danışıb:

"Rasim Balayevlə daha gülməli səhnələr olub, orada döyüş anı çəkilməli idi. Bunu əvvəldən öyrənməliydim. Çempion Aydın İbrahimov mənim məşqçim idi. Rasim bir dəfə də olsun, gəlmədi ki, nə işim var orada, Leyla xanım 45 kilodur, bir dəfəyə tutub ataram. Dedim, yaxşı. Çəkiliş başladı, Rasim deyir, Leyla xanım, məni ehtiyatlı at, camaat deyər ki, qadın o boyda Nəsimini yerə çırpır. Mən də söylədim ki, sən indi Nəsimi deyilsən, Beyrəksən. Dedi, yox, nə danışırsan. Operatorlara dedi ki, çəkiliş prosesinə baxan uşaqların hamısını göndər, mənə də söylədi ki, Leyla orada ot var, məni onun üstünə atarsan. Sizin verilişi izləsə, bəlkə də, məndən inciyəcək. Mən isə sizə tam düzünü dedim".

Leyla Şıxlinskaya illər sonra sirləri açdı


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2945   Tarix: 15 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 289
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27.09.2026 255
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 830
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 546
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 249
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 345
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 437
.

Uzun illərdən sonra efirə qayıdır

Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir

23.09.2026 454
.