Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər
"Qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur".
Axşam.az xəbər verir ki, bunu Report-a açqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.
A.Sofiyeva qanunvericilikdə nikah yaşının 18 yaş nəzərdə tutulduğunu xatırladıb:
"Lakin xüsusi hallar olarsa, 1 ildən çox olmamaqla, yəni 17 yaşda yerli icra hakimiyyətləri tərəfindən müraciətə əsasən, bu məsələlər qiymətləndirilir və icazə ilə əlaqədar qərar verilir. Sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənildi, eyni zamanda milli qanunvericiliyin analizi, təhlili nəticəsində belə bir təklif irəli sürdük ki, 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblər götürülsün. Çünki həmin səbəblər uşaqlarda müəyyən neqativ halların baş verməsinə səbəb olur".
"Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır, eyni zamanda əsasən, qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur. Həmçinin tibbi baxımdan da gənc qızların ana olması doğulan körpələrdə və anada müəyyən fəsadlara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq komitə kimi belə bir təklif irəli sürmüşük", - A. Sofiyeva vurğulayıb.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Sənəddə bildirilir ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 950 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
14:54 167 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 140 Sabah da yağış yağacaq
Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı
13:24 189 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
17:30 183 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
20:20 97 Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd
14:47 198 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
19:14 157 Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır
Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi
14:44 162 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
18:52 155