Azərbaycanda çörək ucuzlaşdı - RƏSMİ
Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.
Bu barədə BiG.AZ-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Bu, Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlərin nəticələrinə əsasən müşahidə olunub.
Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat - 37,2 manat olub. Qeyd etmək lazımdır ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat - 41,5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 % aşağıdır.
Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir.
Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır.
Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.
Unun topdansatış qiymətlərinə dair məlumatlara keçid etmək olar.
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2410 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSeuta böhranı Aİ-də fikir ayrılıqlarını üzə çıxardı
İspaniyanın Seuta şəhərində yaranmış miqrant böhranı fonunda Avropa İttifaqının birlik nümayiş etdirə bilmədiyi bildirilir. xəbər verir ki, bu fikri Associated Press (AP) agentliyinə açıqlamasında Fransa maliyyə qrupu Natixis-in Asiya-Sakit okean və Yaxın Şərq üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Herrer
12:04 151 Rusiya rəsmisi: Ermənistanla bağlı qərar konsensusla veriləcək
Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün üzv dövlətlərin konsensusu tələb olunacaq. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib
10:59 145 Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
03.08.2026 390 Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil
"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri
14:24 151 İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
03.08.2026 318 ABŞ İrana yeni nüvə şərti irəli sürdü
ABŞ İranla mümkün nüvə razılaşmasının tərkib hissəsi kimi uranın silah məqsədilə istifadəyə yararsız vəziyyətə salınmasını və sonradan utilizasiya və ya dinc məqsədlərlə istifadə üçün başqa ölkəyə göndərilməsini tələb edir. xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məluma
12:19 161 Doğuş Xoşqədəmin qısqanclığından danışdı
Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mən
16:53 98 Paşinyanın yaxın silahdaşı parlament sədri oldu
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın silahdaşlarından olan Alen Simonyanın yerinə Milli Assambleyanın (parlament) yeni sədri Ruben Rubinyan seçilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, Ruben Rubinyan Milli Assambleyanın sədri vəzifəsinə 69 lehinə, 28 əleyhinə səsl
10:44 150 ABŞ bu ölkədəki səfirliyini bağlayır
ABŞ Dövlət Departamenti beş ölkədəki xarici diplomatik nümayəndəliyi bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyin bağlanması planları barədə məlumat verib ki, bu d
11:19 153