Xalqı birləşdirən bayram

Xalqı birləşdirən bayramNovruz Bayramı Azərbaycanda, eləcə də türk və islam inanclı xalqların tarixində önəmli bir bahar bayramı kimi qeyd olunur. İnsanlar baharın gəlişini həvəs və həsrətlə gözlədiklərindən Novruzun 4 çərşənbələri olan suyun, odun, küləyin, nəhayətdə torpağın oyanışı kimi bir qədər mifik, bir qədər gerçəklik nişanəsi olaraq xüsusi həvəslə bayram edirlər. Çərşənbələr bu xalqların əsas bayramı olan Novruza doğru gedilən yoludur. Məqsədə, sonluğa, oyanışa, nəhayət güllü-çiçəkli yaşıllıqlara, bar-bərəkətin ilkin cücərtilərinin hərəkətləndiyi Bahara yetişmək! Bu insan arzusunun və "yaşama davam" fəlsəfəsinin əsas qayələrindəndir. Baharı və ona yol açan Novruzu sevmək, həm də torpağı, zəhməti, onun yetirdiyi ruzini sevməkdi. Ona görə İlaxır çərşənbə və Novruz bayramının əsas dualarından biri və bəlkə də başlıcası qarşındakına "bol-bol ruzi" arzulamaqdı.
Novruzun əsrlərlə zaman-zaman kəsb etdiyi və bəlkə də kəşf etdiyi çoxlu sayda atributları vardır. Tonqal qalanması, tonqaldan atlanmaq, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, balıq ləvəngisi, dünyasını dəyişənlərin ziyarət olunması, uşaqların papaq atması, indi az qala unudulan yumurta döyüşdürülməsi, süfrəyə "s" hərfilə başlayan yeddi təam və əşyanın qoyulması və bir çox digər adət-ənənələrimiz də var. Novruzda qulaq falına çıxan qızların da öz istək və arzularına çatdığını deyirlər, Elə ahıl və orta yaşlıların da niyyətlərinə, gözlədikləri xoş xəbərlərə qovuşmaq diləyilə eşitdiyi ilk sözdən sevinib və ya pərişan olması da adətlərimizin sırasındadır. Bir sözlə, Novruzdan hər kəs bolluq, bərəkətlə yanaşı, mənən rahatlanma, gələcəyə ümid cücərtiləri də gözləyirlər. Deməli Novruz təkcə dadlı yeməklərin deyil, həm də mənəviyyatımızın bayramıdı.
Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Bu gün Müstəqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Üc il öncə Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq üçüncü ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.
Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb, həmçinin martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.
Bayramınız mübarək, əziz Azərbaycan xalqı!

Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 13 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

14:54 167
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 140
.

Sabah da yağış yağacaq

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı

13:24 189
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

17:30 183
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

20:20 97
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

14:47 198
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

19:14 157
.

Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır

Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi

14:44 162
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

18:52 155
.