Mahsun növbəti konsertinin müjdəsini verdi: Biletlər ucuz olacaq...

Mahsun növbəti konsertinin müjdəsini verdi: Biletlər ucuz olacaq...Xəbər verdiyimiz kimi, dünən məşhur türk müğənni Mahsun Kırmızıgül 17 il sonra ilk dəfə Azərbaycanda, Bakı Konqres Mərkəzində konsert verib.

BiG.AZ xəbər verir ki, böyük izdiham və duyğulu anlarla yadda qalan tədbirdə sənətçi növbəti konsertinin müjdəsini verib.

M. Kırmızıgül Bakıda ən böyük zalın hansı oluğunu soruşub. Cavabında "Baku Crystal Hall"un adı çəkilib. Müğənni növbəti konsertinin elə orada baş tutacağını və qiymətlərin daha ucuz və münasib olacağını deyib. Sənətçi konsertinə gəlmək istəyən hər kəsin iştirak edə bilməsi üçün bu qərara gəldiyini bildirib.

Bundan başqa, konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, edilən yardımlara görə bütün Azərbaycan xalqına və ölkəmizin Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Həmçinin, sənətçi onun mahnılarını sevən şəhid Anar İsrafilovun atasını və övladlarını səhnəyə dəvət edərək, uşaqlarının təhsil aldıqları müddətdə bütün xərclərini öz üzərinə götürdüyünü elan edib.

M. Kırmızıgül səhnədə aldığı hədiyyəni geri qayıtdığı zaman zəlzələ bölgəsinə gedərək qarşısına çıxan ilk uşağa verəcəyini deyib.

İfaçı çıxışının sonunda "Annem-annem" mahnısını oxuyub və bu zaman göz yaşlarını saxlaya bilməyib. O, "İnstagram" paylaşımında da dünənki konsertin həyatının konserti olduğunu və heç bir konsertində bu qədər ağlamadığını etiraf edib:

Məlumat üçün onu da bildirək ki, sözügedən tədbirin 12 fevralda keçirilməsi planlaşdırılırdı. Lakin baş verən zəlzələ səbəbindən konsert təxirə salınmışdı.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1212   Tarix: 13 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27.09.2026 352
.

"Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd

27.09.2026 270
.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 830
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 299
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 386
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 550
.

"Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu

26.09.2026 290
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 856
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 304
.