"Avroviziya-2023"də Azərbaycanı kim təmsil edəcək?

"Avroviziya-2023"də Azərbaycanı kim təmsil edəcək?"Avroviziya-2023" mahnı müsabiqəsinə cəmi iki ay qalıb.

Müsabiqəyə builki seçim zamanı beş ifaçı və onların mahnıları seçilib. Həmin musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, "Mamagama" qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Azərbaycanın "Avroviziya-2023"də çıxış edəcəyi mahnının bu həftə bəlli olacağı gözlənilir. Builki təmsilçimiz kim olacağı isə hələ ki, bəlli deyil. Mövzu ilə bağlı məşhurların Oxu.Az-a açıqlamasını təqdim edirik.

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə açıqlamasında "Mamagama" qrupunun ifasını bəyəndiyini bildirib. Bəstəkar "Avroviziya" ilə bağlı digər suallara şərh bildirmək istəmədiyini qeyd edib.

"Avroviziya-2022" mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli açıqlamasında bildirib ki, müsabiqə iştirakçıları ilə tanışdır və dəstəklədiyi ifaçılar var:

"Favoritim "Mamagama qrupu", Humay Aslanova və Əmrah Musayev dueti, Leyla İzzətovadır. Ancaq nədənsə elə hiss edirəm ki, builki təmsilçimiz "Mamagama" qrupu olacaq".

Azərbaycanı 2014-cü ildə müsabiqədə təmsil edən müğənni Dilarə Kazımova isə işlərinin çoxluğu ilə əlaqədar prosesləri izləyə bilmədiyini deyib:

"Son vaxtlar mahnılar, kliplər, fotosessiya...həddən artıq məşğul olduğum üçün bir çox məsələlərdən xəbərsizəm. Təəssüf ki, Avroviziya seçimlərini də izləyə bilməmişəm. İstənilən halda bütün iştirakçılara uğurlar arzulayıram".

"Avroviziya-2011" mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov təmsilçilərlə bağlı Oxu. Az-a açıqlamasında bunları deyib:

"Mən konkret olaraq kiminsə adını çəkə bilmərəm. Çünki "Avroviziya-2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseriyəm. Ona görə də bu mövzuda obyektivliyi nəzərə almalıyam. Əsas gözləntim isə ağıllarda qalacaq, gözəl ifa ilə təmsil olunmağımızdır ki, hazırda komanda olaraq bunun üçün çalışırıq".

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1321   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.