Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTO

Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTODünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okeanı ölkələrində baş verib.

"Alovlu qövs" adlandırılan Sakit Okean Zəlzələ Kəməri dünyada baş verən bütün zəlzələlərin 90 faizinin, böyük zəlzələlərin isə təxminən 80 faizinin şahidi olur.

İndiyə qədər qeydə alınmış ən uzun davam edən zəlzələ 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra şəhərində baş verib. 9,1 bal gücündə zəlzələdə 230 min insan həyatını itirib. Təkanlar 8,3-10 dəqiqə arasında davam edib.

Zəlzələ nəticəsində metrlərlə hündürlüyü olan nəhəng dalğalar İndoneziya ilə yanaşı Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkəyə təsir edib. Ən çox ölümə səbəb olan təbii fəlakətlərdən biri sayılan fəlakətdə zəlzələ və sunami səbəbi ilə 1 milyon 700 min insan evsiz qalıb.

Dünyanın aktiv seysmik qurşaqlarından biri olan Alp-Himalay qurşağında yerləşən Türkiyədə də dağıdıcı zəlzələlər olub.

Bunlardan ən ağırı 26 dekabr 1939-cu ildə Ərzincanda baş verib. 7,8 bal gücündə zəlzələ nəticəsində 33 min insan həyatını itirib.

20 kilometr dərinlikdə baş verən və 52 saniyə davam edən zəlzələdə məktəb və xəstəxana kimi ictimai binalar da daxil olmaqla 100 mindən çox bina dağılıb.

Türkiyədə daha bir dağıdıcı zəlzələ 1999-cu il avqustun 17-də baş verib. Episentri Kocaelinin Gölcük rayonu olan və ölkənin şimal-qərbində təsirli olan 7,4 bal gücündə Mərmərə zəlzələsi xüsusilə İstanbul, Kocaeli, Sakarya və Yalova şəhərlərində böyük dağıntılara səbəb olub.

Zəlzələdə 17 mindən çox insan həyatını itirib, 500 min insan evsiz qalıb.

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 11 vilayətə təsir edib. Son hesablamalara görə, 45 089 insan həyatını itirib.

Son açıqlamalara görə, zəlzələdən sonra 11 min 20 afterşok meydana gəlib.

2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələ baş verib. Okeanın dibində 1 kilometrlik qırıq yaradan zəlzələdən sonra ölkənin şimal-şərq sahillərində sunami baş qaldırıb.

Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 19 min insan həyatını itirib. Fukusima Atom Elektrik Stansiyasında sızma baş verib.

2018-ci ildə İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə zəlzələ və sonrakı sunami son illərin ən böyük fəlakətlərindən biri kimi tarixə düşüb. Zəlzələ və sunami 4 300-dən çox insanın ölümünə səbəb olub.

Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9,5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb.

İkinci ən güclü zəlzələ olaraq qeydə alınan Alyaska zəlzələsi 28 mart 1964-cü ildə baş verib. Üç dəqiqə davam edən 9,2 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə səbəb olub.

2004-cü ilin dekabrında İndoneziyanın şimal-qərbindəki Sumatra adasında baş vermiş dağıdıcı 9,1 bal gücündə zəlzələnin yaraları sağalmamış, bölgə təxminən 3 ay sonra (28 mart 2005) 30 kilometr dərinlikdə 8,6 bal gücündə zəlzələ ilə sarsılıb. Təbii fəlakətdə 400-dən çox insan həyatını itirib, zəlzələnin törətdiyi sunami nəticəsində yüzlərlə insan yaralanıb.

Rusiyanın şərqindəki Kamçatka yarımadasında 4 noyabr 1952-ci ildə baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlər sırasındadır. Zəlzələ nəticəsində əmələ gələn 9 metr hündürlüyündə dalğalar Havaya qədər gedib çıxıb. Təbii fəlakət zamanı ölən olmayıb. (Oxu.az)

Minlərlə can alan təbii fəlakət: Dünya tarixinin ən dəhşətli zəlzələləri - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1278   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.