"Tanış olanda mənim 48, onun 24 yaşı var idi" - Aydan Salahova
Mərhum Xalq rəssamı Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Salahova haqında lentə alınan "Aidan.doc" adlı sənədli film təqdim olunub.
Axşam.az xəbər verir ki, rəssam müsahibəsi əsnasında ilk həyat yoldaşı Qor Çahal ilə tanışlığından və oğlu Kayın dünyaya gəlməsindən söz açıb:
"İlk qalereyama gəlmişdi, illüstrasiyalarla birlikdə kiçik əsərlərini verdi və biz onları uğurla satdıq. Bir dəfə isə o, əlində ağ qızılgüllərlə gəlmişdi, elə bildim ki, mənim üçündür, amma elə onlarla da getdi. Nədənsə məni incitdi, ondan sonra münasibətimiz başladı. Daha sonra tez-tez Amerikaya getməyə başladıq. Robert Rauşenberqin mənə verdiyi tablonu Sohoda mənzillə dəyişdim. Gah icarəyə verdim, gah da iki ay orada yaşadım. Sonra ABŞ-də uşaq dünyaya gətirmək qərarına gəldim. Bizim belə bir fikrimiz yox idi ki, münasibətimizi rəsmiləşdirək. Amma rəsmi iş vizası üçün imza atmalı idim. O zaman hamiləliyin doqquzuncu ayında idim.
Çətin bir dövr idi, çünki hamiləlik ərəfəsində demək olar ki, heç nə etməmişəm. Sonra həyat yoldaşım mənim üçün şərtlər qoydu: seçim etməli idim - ya rəssamam, ya da qalereya sahibi.
Hesab edirəm ki, evlilik sisteminə yenidən baxılmalıdır. İsveçrə qanunvericiliyini daha çox bəyənirəm, hansı ki, bərabərliyi tarazlayır. Onlarda belə müqavilələrin bağlanmasının beş-altı növü var. Təəssüf ki, dünya da, insanlar da buna hazır deyil. Uşaq dünyaya gələndə (oğlu Kay) həyat yoldaşıma olan hisslərim birdən yox oldu. Əsas mübahisələrimiz onun qadının sənətçi ola bilməyəcəyi ilə bağlı düşüncələrinə görə yaşanırdı".
Salahova ikinci həyat yoldaşı ilə bağlı isə bu fikirləri səsləndirib:
"Qrişa (Aydanın hazırkı həyat yoldaşı Qriqori Reçan. – red.) ilə tanış olanda 48 yaşım var idi. Onun isə 32-34 yaşı olduğunu düşünürdüm. Sonra məlum oldu ki, 24 yaşı var. İnsanların nə düşündüyü məni maraqlandırmır".
O, xərçənglə mübarizədə qarşılaşdığı çətinlikləri danışıb:
"Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində hiss etdiyim yan təsirlərə və şiddətli ağrılara hazır deyildim. Dostlarıma stomanı çıxartdığımı (red.- bağırsaq və ya onun bir hissəsi götürüldükdən sonra qarın boşluğunun ön divarında cərrahi yolla yaradılmış deşik, bağırsağın içindəkiləri boşaltmaq üçün nəzərdə tutulmuş dəlik) deyəndə, onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq normal deyil.
Ağrılar içində işləməyə davam edirdim. Eyni zamanda, xəstəlik mənə "yox" deməyi öyrətdi. Cəmiyyətə, ünsiyyətə "yox" deməkdə çətinlik çəkirdim. Çox mülayim biriyəm və insanları sevirəm. Bu, şərq təhsilli olmağımdan irəli gəlir. Ən pisi isə hamının sənə yazığı gəlib "döz" deməsidir.
Beləcə, narahat olmamağı öyrənməyə başlayırsınız, buna dəyməz deyirsən. Yaxınlarınızın qarşılaşdıqları çətinliklər problemdir, ancaq bunları öz ürəyinizə atmaq lazım deyil. Xəstəlik bunu öyrədir. Hər dəfə radioterapiyaya gələndə bu aparatın altında ağlıma müxtəlif fikirlər gəlirdi".
Qeyd edək ki, Salahova ilk dəfə xəstəliyini 2017-ci ildə bilsə də, uzun illər diaqnozunu gizlədib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO
Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd
27.09.2026 508 Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə
27.09.2026 256 Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
20.09.2026 361 Həyat yoldaşını bu sözlərlə təbrik etdi
Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü
26.09.2026 282 Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb
Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind
20.09.2026 551 Almaxanımın həyat yoldaşı ilə SƏMİMİ ANLARI - VİDEO
Müğənni Almaxanım Əhmədovanın həyat yoldaşı ilə videosu marağa səbəb olub. xəbər verir ki, xanəndə avtobildə hərəkətdə olarkən birgə anlarını yayımlayıb. Sənətçinin səmimi ailə görüntüsünə çox sayda bəyənmələr gəlib və şərhlər yazılıb. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir
27.09.2026 289 Ən çox gəlir gətirən aktyor oldu
Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il
19.09.2026 227 Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO
Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb. Sözü gedən fotonu təqdim edirik:
20.09.2026 398 Zeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23.09.2026 510