"Deyim ki, 150 manat qonorar verdiyinə görə ayrılmışıq?"
Xanəndə Pərviz Qasımov Xalq artisti Miri Yusiflə arasında küsülülük olduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, "Səhərin səsi" verilişində danışıb. Pərviz deyib ki, Miri Yusiflə illər əvvəl iş birlikləri olsa da, qonorar məsələlərinə görə yollarını ayırıblar:
"Miri Yusifə səhnəyə gəldiyi ilk günlərdə mən də ürəkdən dəstək olmuşam. 2013-cü ildə bizim birgə proyektimiz oldu, "Küçələrə su səpmişəm" mahnısını oxuduq. Son vaxtlar saraydakı konsertində başqa xanəndələr ifa edir. Baxırlar, məndən öyrənirlər, sonra səsləndirirlər. Orada adımı qeyd etməyiblər. Amma varam. 7 dəqiqəlik mahnıdır, 5-ci dəqiqədən mən oxuyuram. Konsertdə də canlı oxumuşam. Sonradan bəzi nüanslar yarandı, qonorar problemləri oldu. Uzun illər konsertlərində bir qəpik güdmədən iştirak etmişəm. Sonra gördüm, sənətə qiymət verilmir, düşündüm ki, insan öz dəyərini bilməlidir. Qardaşımız, dostumuzdur. İlk mənlə, sonra Nigar Camalla, Zülfiyyə Xanbabayeva ilə başladı. Mən "Eleven" klubundan danışıram. O vaxt başlamışdıq. Konsertlərində başqa mahnılar var idi.
Onların muğam hissəsini mən oxumuşam. Uman yerdən küsərlər. Mən məhkəməyə də verə bilərəm ki, icazəm olmadan konsertdə kimsə oxuya bilməz. İlk ifaçısı mənəm. O mahnı sifarişlə yazılmışdı. Aranjımanı da Xalq artisti Siyavuş Kəriminin oğlu Emin Kərimiyə məxsusdur. O zaman klipi Ukraynada çəkilməli idi, bəzi səbəblərə görə qaldı. Prodüser problemlərimiz oldu, qonorarda razılaşa bilmədik. Çəkildim kənara. Məndən sonra 4-5 ifaçı o mahnını səsləndirib. Son konsertindən sonra mənə yazırlar ki, axı bu mahnını siz səsləndirmisiz, niyə başqası oxuyur? Nə deyim? Deyim ki, 150 manat qonorar verirdilər ona görə? Xanəndəyə 150 manat verirdilər. Gördüm ki, sanki "sex müğənnisi" vəziyyətinə gətirib çıxardılar. Sonra dedim mən yoxam. Onun qazancı çox idi.
Moskvaya konsertlərə getmişik. Onu bibim qızının toyuna çağırdım, gəlmədi, dedi, qiyməti budur. Mən Bakı Dövlət Universitetindən məzun olanda, rəhbərlik söylədi ki, Miri Yusifə desək, məzun gününə gələ bilər? Onda da qonorarla gələcəyini söylədi. Xalq artistimizdir, gözəl ifaçıdır, o məsələlərə toxunmuram. Bəzən mən Miri Yusifə görə Moskvaya pulsuz getmişəm. Bir qəpik də almamışam. İnsan əziyyətinin bəhrəsini görmək istəyir. Dost, qardaş deyən insan onun davamını gətirməlidir. Məndən nəyə görə inciyə bilər? Yaxşılıqdan başqa əlimdən nə iş gəlib? Mən pislik bacarmıram. Bizi o vaxt Tural Əsədov tanış etmişdi. Bir də "Eleven"in rəhbəri Cəmil. Xahiş etdilər ki, Miri Yusifi ifası ilə qaldırmalıyıq, səhnənin ulduzu etməliyik. Dedim, problem deyil. Dəfələrlər konsertlərində qonorarsız iştirak etmişəm. Sonra özləri pul verdi, o da 150 manat. Düşündüm ki, yəqin bilməyiblər, fikirlidilər. Bu hal təkrarlananda dedim, belə olmaz".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366