"Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil"

"Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil"Uzun müddət ABŞ-da yaşayan, 6 il sonra vətəninə qayıdaraq Bakıda möhtəşəm konsert verən azərbaycanlı reper Orxan Zeynallı növbəti paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsində Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım edib.

Orxan qardaş ölkə ilə bağlı hisslərini belə ifadə edib:

"Bu fəlakətin məhz Türkiyədə baş verməsi bizi çox incidir. Məsələ təkcə siyasi, iqtisadi qardaşlıqda, "bir millər iki dövlət" kimi deyimlərdə deyil. Bizim, demək olar ki, hamımızın həyatının bir hissəsində Türkiyə ilə bağlı xatirələr var. On minlərlə lisey məzunu, türk futbolu ilə nəfəs alan milyonlar, serial izləyiciləri, müğənnilər, Saqopalar, Cəzalar, Antalya istirahətləri, UEFA kuboku, 2002-ci ilin iyun ayı və daha nələr, nələr...

Hər birimizin evində bu və ya digər formada o dil eşidilib, filmlər izlənilib. Bu doğmalıq, bağlılıq dünyada çox nadirdir. Ona görə də xalq olaraq ayağa qalxmağımız, bu izdiham başa düşüləndir. Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil. Hər kəs bu ağrıya necəsə toxunmaq istəyir.

İnanmaq istəyirəm ki, təbiətin bu zərbəsi Türkiyəni məğlub etməyəcək və səhvlərdən dərs çıxarılacaq.

Həyatını itirənlərə Allah rəhmət eləsin. Xilas olanların normal həyata gec-tez qayıda bilməsi ümidilə!"

"Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil"Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda fevralın 6-da, səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələdən Kahramanmaraş, Hatay, Qaziantep və Diyarbəkir də daxil olmaqla 10 vilayət zərər çəkib. Həmin ərazilərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Hadisədən dərhal sonra Türkiyənin 81 vilayətindən axtarış-xilasetmə qrupları təbii fəlakət bölgələrinə göndərilib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2106   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 465
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20.09.2026 856
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27.09.2026 256
.

"Taşacak bu deniz"in aktrisası boşandı

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb. Axşam.az xəbər verir ki, "Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar. Təxminən 10 dəqiqə davam edən məhkəm

26.09.2026 261
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 566
.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik

20.09.2026 497
.

"Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu

26.09.2026 290
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 508
.