"Demək olar ki, Fatimə ilə analarımızı eyni yaşda, eyni xəstəlikdən itirmişik"
"Tünzalə xanımın ölümünə çox pis oldum. O qədər üzüldüm, ağladım ki. Demək olar ki, övladı Fatimə ilə eyni yaşda, eyni xəstəlikdən analarımızı itirmişik. Allah əzizlərinə, yaxınlarına, ailəsinə səbir versin. Qızı anasız da olsa, xoşbəxt olsun. Tünzalə xanım anamla el şənliklərində bərabər olublar, birgə deyib-gülüblər, münasibətləri yaxşı olub. Allah həm ona, həm də anama rəhmət etsin".
Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.
"Anamla eyni taleyi yaşadılar. Mən də onun qızı ilə eyni taleyi yaşadım. Ailələrimiz də eyni acını çəkir. Hər zaman onun çəkildiyi serialları izləyəndə üzümüzdə təbəssüm yaranır. Çünki o dərindən güldürməyi bacarırdı. Güldürdüyü kimi də bizi bəzən göz yaşlarımıza qərq edirdi. Elə ölümü ilə də belə etdi. Tünzalə xanımı çox sevirdik, işinə də hörmət edirdik. Hələ də onun ölümünə inanmıram. Nə anam, nə də Tünzalə xanım ölməyib. Xalqımızın yaddaşında, qəlbində, ürəyində daim yaşayacaqlar", - deyə aktrisanın qızı deyib
Gövhər deyir ki, efirlərdə anasının çəkildiyi filmləri və tamaşaları tez-tez görmək istəyir.
"Dərslərimlə bağlı teatrda tamaşalara gedib baxa bilmirəm. O teatra gedəndə anamın iyini alıram. Öz-özümə fikirləşirəm ki, anam da nə vaxtsa buradan keçib, burada oturub, bu yerdən keçib səhnəyə çıxıb. Anam indiki Akademik Musiqili Teatrda çox obrazlar yaradıb. Sırf onun üçün tamaşalar hazırlanıb. İndi anam yoxdur, yəqin ki, onun rollarını həmkarları ifa edir. Həmin aktrisalara uğurlar arzu edirəm. 9 ilə yaxındır ki, anam dünyasını dəyişib, mənim yanımda deyil. Çox istərdim ki, efirlərdə onun çəkildiyi filmlər və tamaşalar tez-tez göstərilsin. Mən yalnız belə olan halda təsəlli tapa bilərəm", - deyə aktrisanın qızı bildirib.
Gövhər deyir ki, anasının şəxsi əşyalarının bəzilərini saxlayıb.
"Anamın səhnə geyimləri teatrın geyim sexində qorunub saxlanılır. Ondan mənə yalnız sənəti ilə bağlı kasetləri və qızıl-zinət əşyaları qalıb. Bilirsiniz ki, iş adamlarından biri bizə 2 otaqlı ev hədiyyə edib. Bəzən o evdə yaşayırıq, bəzən isə "Kubinka"da anamın son günlərini keçirdiyi evdə qalırıq. Nənəm xəstədir deyə daha çox "Kubinka"da qalırıq. Xalamgili də bizim qonşuluğumuzda qalır. Amma deyirlər ki, həmin ərazi söküləcək. Hələ ki, belə deyilir, baxıb gediblər", - deyə aktrisanın qızı deyib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875