Röyə SƏHNƏARXASI görüntüləri PAYLAŞDI - VİDEO

Röyə SƏHNƏARXASI görüntüləri PAYLAŞDI - VİDEOXəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konserti nəhayət "KEvenets Group" və "Peachline"nın təşkilatçılığı ilə reallaşıb.

BiG.AZ xəbər verir ki, müğənni şəxsi "İnstagram" səhifəsində 3 gün davam edən konsertinin səhnəarxası görüntülərini paylaşıb.

Konsert barədə "17 gün ərzində bir ilin işini görmüşük" deyən Xalq artistinin həmin paylaşımını təqdim edirik:

Qeyd edək ki, "Dəli kimi" adlandırılan tədbirdə Xalq artisti 25 kostyum dəyişib. Onun əsasən boz, ağ, gümüşü, qızılı və qara tonlarında seçdiyi libaslar hər mahnının mövzusuna uyğunlaşdırılıb.

İntro videosu ilə diqqətçəkən Röya tamaşaçıları üçün 8 metr hündürlükdən enərək performans göstərib.

"Nero" rəqs qrupunun müşayiəti ilə 3 saat ərzində lirik və hərəkətli hitlərini səsləndirən sənətçi "Səninəm", "Bəlkə də", "Sənə görə", "Dəniz" kimi mahnılarını ifa edib.

Səhnə iki bölümdən: hərəkətli və hərəkətsiz hissədən ibarət olub. "Dəli kimi" dueti zamanı aktyor Nicat Rəhimov aşağı mərtəbədən masanın üstündə səhnəyə çıxıb.

Gəmi, pəncərə, taksofon, müxtəlif maketlərlə yanaşı diqqət çəkən digər məqam isə mərkəzin səhnəsinə avtomobilin çıxarılması olub. Röya "Afaki" mahnısı zamanı maşının üstündə canlı ifa səsləndirib.

Həmçinin, aparıcı Nəsib Nur da səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib. Dijital və işıq effektlərinin bol olduğu konsertdə zalın arxa tərəfində əyləşən izləyicilər üçün də mini səhnə qurulub. Ayxan onlar üçün əsas səhnədən həmin bölümə keçib, daha sonra ikinci mərtəbəyə qalxıb.

Anşlaqla keçən gecənin sonuna yaxın o, Ceyhun Zeynalovla "Bəzən" klipinin təqdimatını da Konqres Mərkəzində gerçəkləşdirib.

Onlarla rəqqasın olduğu tədbirdə musiqiçilər Türkiyədən gətirilib. Röyanı konsertdə 4 bek-vokal müşayiət edib. Müğənni konsertin sonunda səhnədən aşağı tullanaraq gözdən itib.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1808   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.